GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elşad Abdullayevin əmlakı talan edilir

Elşad Abdullayevin əmlakı talan edilir

Tarix: 28-12-2012, 11:11 Bölmə :Manşet Baxış: 829
Elşad Abdullayevin əmlakı talan edilir
ABU rektorundan təhdidlə pul tələb edənlər onun adına olan mülklərə qarşı pirat hücumuna keçib

gundemxeber.az Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, professor Elşad Abdullayevin hakimiyyətdəki bəzi qruplaşmaların təzyiq və təqibinə məruz qaldığı, sabiq rektorun bu insanlardan bir çoxunun ismini öz açıqlamalarında dilə gətirdiyi ölkə gündəminin əsas mövzularındandır. Açıqlanan faktlar bir daha onu təsdiqləyir ki, ABU rektoruna qarşı həyata keçirilən təzyiq kampaniyası E.Abdullayevin sərvətini əlindən almaq, maddi gücünə son vermək məqsədi daşıyıb.

ABU-nun Novxanıdakı sağlamlıq mərkəzi
Bu günlərdə məlum problemlə bağlı redaksiyamıza müraciət edən özəl mənbə E.Abdullayevin Novxanıda inşa etdirdiyi ABU sağlamlıq mərkəzinin də bir qrup şəxs tərəfindən yağmalanması ilə bağlı maraqlı informasiyalar səsləndirib. Mənbənin sözlərinə görə, ABU rektorunun məşhur »Aquapark» istirahət mərkəzinin yaxınlığında yerləşən sağlamlıq mərkəzi E.Abdullayevin xaricə mühacirət etməsindən qısa müddət sonra sözün həqiqi mənasında yağmalanmağa başlayıb.
Onu da bildirək ki, sözügedən məkan ABU-nun balansında olub və burda universitetin tələbə, müəllim kontingentinin istirahəti üçün hər cür imkan yaradılıb. Həmçinin universitetin turizm və digər fakültələrinin tələbələri də bu məkanda təcrübə keçirmiş. Mənbə yağmalanma prosesində E.Abdullayevin bəzi tanış və “dostlarının” da iştirak etdiyini bildirib: “E.Abdullayevin rektoru olduğu universitetə məxsus sağlamlıq mərkəzi ətrafdakı obyektlərdən bəzi özəlliyinə görə diqqət çəkirdi. Birincisi, məlum sağlamlıq mərkəzinin dənizə bilavasitə panoraması var idi və bu obyektdən dənizə cəmi 10 dəqiqə ərzində piyada getmək mümkün idi. İkincisi, sağlamlıq mərkəzi dəniz səviyyəsindən bir neçə yüz metr yüksəklikdə yerləşir ki, bu da onun yayın ən isti günlərində belə sərin mehlə təmininə şərait yaradırdı. Bundan başqa, universitetə məxsus məkan digər məşhur simaların da bağ massivinin yerləşdiyi sırada, dənizə doğru inşa edilən sonuncu obyekt idi və bundan o tərəfə uçurum olduğu üçün kimsənin sağlamlıq mərkəzinin qarşısında hansısa tikili inşa edərək onun panoramasınına xələl gətirməsi mümkün deyildi. ABU sağlamlıq mərkəzinin həm Sumqayıt, həm də Bakıya yaxınlığı da onun E.Abdullayevə avantajlı tərəflərindən biri hesab olunurdu. Lakin ABU rektoruna qarşı məlum kampaniya start götürəndən sonra rektor ölkəni tərk etməyə məcbur oldu. E.Abdullayevə qarşı aparılan kampaniyanın miqyası o dərəcədə qorxunc idi ki, hətta rektorun ən yaxın qohumları belə rektorun güc orqanlarındakı bəzi yetkililər tərəfindən təftiş edilən obyekt və evlərinə sahiblənmək, onların taleyi ilə maraqlanmaq cəsarəti göstərə bilmədi. Nəticədə, rektorun Novxanıdakı obyekti qarət edildi. Bu qarətə bələdçilik edənlər isə rektorun sabiq “dost” və tanışları oldu”.

Yağmalanma əməliyyatı
Mənbənin bildirdiyinə görə, E.Abdullayev məlum olaylardan öncə bütün yay mövsümünü həmin sağlamlıq mərkəzində keçirməyə üstünlük verib: “Yay mövsümündə ABU rektoru tez-tez Novxanıdakı məkana gələr, bəzən həftələrlə burada qalardı. ABU-nun müəllim kontingentinə daxil olan bəzi şəxslərin də ayrı-ayrı vaxtlarda bu bağ evində istirahət etdiyi məlumdur”.
Mənbənin qənaətincə, E.Avdullayevlə bağlı təqib kampaniyası başlayandan sonra rektorun qohumları onun mülklərindən imtina etdi ki, bu da vaxtilə ABU rəhbərinin bağ evinə tez-tez gələn sabiq “dostlarına” gözəl fürsət yaratmış oldu: “Maraqlı qüvvələr rektorun daha çox şəhərdəki obyektləri, xüsusilə də sahibi olduğu universitetlə maraqlandığı üçün E.Abdullayevin Novxanıdakı obyekt şəhərətrafı bəzi mülkləri kimi diqqətdən kənarda qaldı. Rektoru ölkədən didərgin salan qüvvələr ta başından bəri daha iri məqsədə oynadıqları üçün onlar E.Abdullayevin Novxanıdakı sevimli məkanına diqqət yetirmədilər.
Lakin vaxtilə E.Abdullayevin səxavətindən bəhrələnən və ona yarınmaq üçün yollar axtaran bəzi “dostlar” yaranmış fürsətdən istifadə edərək bahalı avadanlıqlarla zəngin olan mərkəzi qarət etməyə qərar verdi. Onlar bu məsələdə özlərini sığortalamaq və E.Abdullayevin qohumlarını proseslərdən kənarda saxlamaq üçün rektorun yaxınlarına güc orqanlarının Novxanıdakı obyektə gəlib-getdikləri ilə bağlı yanlış məlumatlar verməyə başladılar. “Dostlar” rektorun qohumlarını inandırdılar ki, guya E.Abdullayevin məlum villasında hüquq-mühafizə orqanının əməkdaşları hakimiyyətin ali pilləsində təmsil olunan bəzi şəxslər əleyhinə ciddi faktlar tapıblar və heç şübhəsiz bu məsələdə rektorla yanaşı onun qohumları da məsuliyyətə cəlb olunacaq. Təbii ki, ailə dostları tərəfindən verilən bu cür informasiyalar onsuz da yetərincə təlaş keçirən rektor qohumlarını daha da qorxuya salırdı. “Dostlar” isə məsləhət görürdü ki, indiki məqamda ən doğru addım bir müddət gözdən uzaq olmaq, E.Abdullayevə məxsus olan bütün mülklərə, o cümlədən rektorun Novxanıdakı sağlamlıq mərkəzinə də gedib-gəlməməkdir”.
E.Abdullayevin qohumlarını neytrallaşdırdıqdan sonra dostların ABU sağlamlıq mərkəzini qarət etdiyini bildirən mənbə, burdakı bütün dəyərli əşyaların aparıldığını vurğuladı: “Rektor yaxınlarını neytrallaşdıran və onları bağ evindən uzaq salan “dostlar” cəmi bir neçə reysə E.Abdullayevə məxsus nəhəng obyekti təmamilə boşaltmağa nail oldu. Aparılan əşyalar arasında qiyməti 10-50 min manat arasında dəyişən əl işi olan xalçalar, Avropadan gətirilən və villadakı böyük hovuzların suyunu isitmək, onları qısa müddətdə doldurmaq və boşaltmaq üçün istifadə edilən aqreqat-motorlar və s. var idi. Aparılan əşyalar içərisində dəyərli incəsənət nümunələri də olub ki, bu gün həmin nümunələr müxtəlif şəxslərin evini bəzəməkdədir”.

Oğrular yox, gözətçi həbs olunur
ABU sağlamlıq mərkəzinin talanması ilə bağlı əldə etdiyimiz məlumatlarda başqa bir məqam da diqqəti çəkir. Belə ki, bu məkanda məskunlaşmış ailə illərdi burda həm mühafizəçilik edir, həm də özünün yaşayış yeri kimi burdan istifadə edirmiş. Qarətdən xəbər tutan kimi də hüquq-mühafizə orqanlarına məhz həmin şəxslər müraciət edib. Ancaq nə qədər qəribə olsa da polis qarəti araşdırmaq əvəzinə həmin qaçqın ailəsinin iki üzvünü-ata və oğulu şübhəli şəxs kimi saxlayıb. Ailə başçısı Hüseynov Əhməd Feyruz oğlu baş verənlər haqda bunları danışır: “2011-ci ilin dekabrında Elşad müəllim tərəfindən mənə tapşırılmış bağ evini yoxlayarkən oğlum Niyaməddin burdan xeyli miqdarda ev əşyalarının oğurlandığının şahidi olub. Dərhal 102 xidmətinə zəng etdik, amma polislər cinayətkarları axtarmaq əvəzinə məni və oğlumu həbs etdilər. Binəqədi rayon polis şöbəsinin 4 saylı polis bölməsində oğlumu döydülər, məndən isə azadlğımız müqabilində 5 min dollar pul istədilər. Tələb olunan pulu borc alaraq topladım və yalnız bu pulu verdikdən sonra azadlığa çıxa bildik. Polis bölməsində bizə təzyiq edənlər bölmə rəisi Natiq, Bayram adlı polis əməkdaşı və digərləri idi. Bizə göstərilən təzyiq bununla yekunlaşmadı. Elşad Abdullayev Avropa məhkəməsinə müraciət etdikdən sonra digər oğlum Nizaməddin də Daxili İşlər Nazirliyinin mühafizə xidmətində tutduğu vəzifədən azad edildi. İndi də həyatımız üçün təhlükənin bitmədiyini düşünürük. Çünki, Elşad Abdullayev bizdən daha tanınmış və güclü adam idi, onu ölkədən didərgin saldılarsa, biz kimik ki?..”
Onu da bildirək ki, qarət və onun istintaqı, həmçinin saxlanan günahsız vətəndaşlar haqda araşdırmalarımız davam edir. Növbəti saylarımızda konkret şahidlər və sənədlər əsasında bu mövzunu davam etdirəcəyik.

Bütün əmlaka doğru hücum
E.Abdullayevin əmlakının qarət olunması ilə bağlı bizi məlumatlandıran mənbə ABU sağlamlıq mərkəzinin qarşısındakı ərazinin də zəbt edildiyini vurğuladı: “Sözügedən obyektin qarşısında, yolun digər üzündə ABU rektorunun maşın dayanacağı kimi istifadə etdiyi yer vardı ki, həmin ərazi də yaxındakı bağ evlərindən biri tərəfindən zəbt edilib. Vaxtilə universitetə aid obyektə gəlib-gedən bütün maşınların dayanacaq kimi istifadə etdiyi bu ərazi hazırda hasara alınıb və ərazidə hətta bircə avtomobilin belə dayanması üçün şərait yoxdur.”
Sabiq rektorun əmlakına qarşı olan pirat hücumunun pik nöqtəsi isə onun Yasamal rayonunda AzTV yağınlığındakı şəhər evi ilə bağlı yaşanıb. Rayon icra hakimiyyətinin və polis idarəsinin əməkdaşları evə gələrək, buranın boşaldılmasını tələb edib və səbəb kimi binanın altında zəlzələ ocağının yerləşdiyini göstərib. Sonradan mənzilə başqa şəxslər sahiblənib.
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayevin əmlakı talan edilir

    Elşad Abdullayevin əmlakı talan edilir ...

    28-12-2012, 12:22

  • 
  • Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric edildi

    Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric ...

    27-10-2015, 19:49

  • 
  • Elşad Abdullayevin “milyarderlər ittifaqı” ilə işbirliyi

    Elşad Abdullayevin “milyarderlər ittifaqı” ilə ...

    5-03-2013, 11:35

  • 
  • Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

    Elşad Abdullayevin bacısı oğlu ilə aclıq ...

    29-01-2014, 12:50

  • 
  • Elşad Abdullayevin baş mühafizəçisi maşında ölü tapıldı

    Elşad Abdullayevin baş mühafizəçisi maşında ölü ...

    28-10-2013, 18:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu