GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Etibar Pirverdiyev çətin böhranla üzləşib

Etibar Pirverdiyev çətin böhranla üzləşib

Tarix: 20-01-2014, 13:47 Bölmə :Manşet Baxış: 1 024
Etibar Pirverdiyev çətin böhranla üzləşib
«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyevin ASC-nin rəhbərliyinin səlavhiyyətlərini kifayət qədər qənaətbəxş həyata keççirməməsi nəticəsində qurum bir sıra böyük problemlərlə üz-üzə qalıb. ASC-dən qəzetimizə verilən məlumata görə, bahalaşma şəraitində belə, «Azərenerji» borc içində üzür. Əhalidən işıq pulunu tam yığan, dövlət vəsaitlərindən bolluca yararlanan qurum son bir neçə ayda acınacaqılı hala salınıb. Tarif Şurasının qərarına əsasən, sənaye müəssisələrinə, o cümlədən elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qazın qiymət 42 manatdan 80 manata qədər qalxdı. Yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azərenerji» ASC-yə verdiyi qazın dəyərini iki dəfə bahalaşdırdı. Bunu əsas gətirərək növbəti bahalaşmanın elektrik enerjisində qaçılmaz olduğunu deyə bilərik.
Əldə etdiyimiz məlumata görə, digər tərəfdən «Azerenerji»nin «SOCAR»-a təbii qazdan istifadəyə görə 300 milyon manat, dövlət büdcəsinə isə 250 milyon manat borcu var. Təbii ki, bu borcun qaytarılmasının iki yolu qalıb: ya tariflər qalxmalı, ya da ölkə rəhbərliyi bağışlamalı və büdcədən silinməlidir. Qəzetimizi bilgiləndirən mənbə qeyd etdi ki, «Azərenerji»yə verilən qazın elektrik enerjisinin maya dəyərində nə qədər paya malik olması məlum deyil. Maya dəyərində oturan əsas xərclər əməkhaqları, texnologiyaların tətbiqi, mal-material, yanacaq xərcləridir. Elə sahələr var ki, orada əməkhaqqı yüksək olur və məvacibləri artıran kimi qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Amma enerji sektoru qapalı sahədir, hökumət maya dəyərini açıqlamır. Əgər elektrik enerjisinin hasilatında qazın 5-10 faizlik payı varsa, qiymətlərə ciddi təsir etməyə bilər. Qeyd edək ki, qonşu ölkələrlə müqayisədə respublikamızda işığın hazırkı qiyməti kifayət qədər bahadır. Müvafiq qurumlar qazı olmayan dövlətlərdə hər min kubmetrini 400-450 dollara alıb elektrik enerjisi istehsal edirlər. Amma elektrik enerjisinin pərakəndə satış qiyməti 8-18 avrosentə dəyişir. Məsələn, Fransada 1 KVt elektrik enerjisini əhali üçün satış qiyməti 8 avrosentdir. Baltikyanı ölkələrdə 9-10 avrosent arası dəyişir. Amma ölkəmizdə 1 KVt elektrik enerjisinin dəyəri 0,06 manat - 0,05 avro. Xammalı Azərbaycandan qat-qat baha alan ölkələrdə işığın qiyməti «Azərenerji»nin istehlakçılara satdığı qiymətlə bərabər səviyyədədir. Nəzərə almaq lazımdır ki, «Azərenerji» həm də yanacaqdan istifadə edir. Balansında olan avtomobillər var. ASC-yə verilən həm qazın, həm də yanacığın qiymətinin bahalaşması, çox güman ki, tariflərə təsir göstərəcək. Büdcə zərfinin təhlili zamanı da elektrik enerjisinin qiymətlərində artım gözlənildiyini bildirmişdik. Amma zaman məsələsi var.
Mənbəmiz əlavə etdi ki, «Azərenerji» böyük xərcləmələri dövlətin üzərinə qoyur. Bu istiqamətdə yatırılan investisiyalar dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilir. ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında qeyri-şəffaflıq var. Başqa ölkələrlə müqayisə etdikdə tariflərin çox aşağı olmadığını görürük. 2007-ci ildə elektrik enerjisinin qiyməti 3 dəfə qalxanda rəsmilər bəyan etdi ki, bu tarif rentabelliyi təmin edəcək. Bundan sonra «Azərenerji»nin nə büdcə, nə də başqa təşkilatlar qarşısında borc öhdəliyi yaranacaq. Müvafiq qurumların son məlumatlarına görə, «SOCAR»ın 300 milyon manat, mənfəət vergisindən isə dövlət büdcəsinə 250 milyon manat yaxın borcu yaranıb.
Elektrik enerjisi tarifləri yüksək olan, yığımın 90 faizdən çox olan və dövlətin maliyyə resurslarına əlverişli çıxışı olan bir şirkət borc içində üzür. Burada çox qeyri-şəffaf bir mühitin olduğunu açıq şəkildə görmək olur. Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir. Necə ki, 2000-ci ilin əvvəlində «Barmek» vasitəsilə bu prosesə başlamışdı. Amma qurumlar prosesi yarımçıq qoymaqla çox böyük strateji səhvə yol verdilər.

ELMAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etibar Pirverdiyevin “Azərenerji”dəki müdhiş talançılığı

    Etibar Pirverdiyevin “Azərenerji”dəki müdhiş ...

    9-12-2013, 18:18

  • 
  • İşıq da bahalaşacaq-Təhlil

    İşıq da bahalaşacaq-Təhlil ...

    10-12-2013, 00:21

  • 
  • “Azərenerji”nin SOCAR-a olan borcunun məbləği açıqlanıb

    “Azərenerji”nin SOCAR-a olan borcunun məbləği ...

    3-03-2016, 23:54

  • 
  • Etibar Pirverdiyev niyə maaş verə bilmir? - İşçilər şikayətçidir

    Etibar Pirverdiyev niyə maaş verə bilmir? - ...

    16-10-2015, 14:22

  • 
  • Etibar Pirverdiyev 2.4 milyona villa alıb

    Etibar Pirverdiyev 2.4 milyona villa alıb ...

    14-05-2014, 10:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu