“Dünən Rüstəm İbrahimbəyovla danışdım. Milli Şuradakı yeniliklərlə bağlı geniş müzakirə apardıq. Rüstəm bəy Milli Şura üzvlərinə onu fəxri sədr kimi saxladıqlarına görə təşəkkürünü bildirdi. Dedi ki, fəxri sədr olsa da, olmasa da Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcək”. Bunu modern.az-a açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, İbrahimbəyovun işləri bitəndən sonra ölkəyə qayıdacaq: “Onun Kino Akademiyasında və “Oskar”la bağlı komissiyada kifayət qədər işi var. Amma bütün bunlara baxmayaraq, o, Milli Şura ilə də bağlı fəaliyyət göstərir. Rüstəm bəy Azərbaycana mütləq qayıdacaq, amma dəqiq tarix bəlli deyil...”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?