GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sevinc Babayeva öldürülüb!!!

Sevinc Babayeva öldürülüb!!!

Tarix: 28-12-2012, 12:31 Bölmə :Manşet Baxış: 853
Sevinc Babayeva öldürülüb!!!
“İnsan var problem var, insan yoxdur problem yoxdur” prinsipi işə düşüb

gundemxeber.az Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva dünyasını dəyişib.Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.
Xatırladaq ki, Gülər Əhmədova video qalmaqallarının baş qəhrəmanı və Elşad Abdullayevlə digər yüksək çinli rəsmilər arasında vasitəçilik rolunu oynayan Sevinc Babayeva istintaqın ilkin dindirməsindən sonra ölkəni tərk edib. Artıq hüquq mühafizə orqanları Sevinc Babayevanı interpool vasitəsilə axtarışa verib. Lakin bu cür mühüm və ölkədə ciddi ajiotaj doğuran hadisənin aparıcı simalarından birinin rahat formada ölkədən getməsi şübhəli məqamlar yaradıb.
Son aylar adı qalmaqallı videolarda çəkilən deputat deyib ki, bu xəbəri hamı kimi, o da pis qarşılayıb. O, əlavə edib ki, bu haqda onda heç bir məlumat yoxdur və yaxşı olar ki, prokurorluqla əlaqə saxlayıb məlumatı onlardan öyrənək. “Özünüzə qarşı təhlükə hiss edirsinizmi” sualına gəldikdə Gülər Əhmədova deyib ki, həyatdadır, yaşayır və vaxtı gələndə hamı kimi o da öləcək. Qeyd edək ki, Əhmədova açıqlamasında xəstə olduğunu xüsusilə vurğulayıb.
"Hamı kimi mən də Sevinc Babayevanın vəfat etməsi xəbərini mediadan eşitdim. Hələlik, bu xəbərin dəqiq olduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, o vəfat edibsə, bunun səbəbləri araşdırılmalıdır". Bu sözləri isə Elşad Abdullayev Sevinc Babayevanın ölüm hadisəsinə münasibət bildirərkən söyləyib.
Vəkil Aslan İsmayılov isə Sevinc Babayevanı iş üzrə “ən çox məlumata malik olan və ifadə verməyə meylli olan, hadisəni təfərrüatı ilə danışa biləcək şəxs” kimi xarakterizə edib: ““Sevinc Babayevanın ölümü Elşad Abdullayevdən deputat mandatı üçün rüşvət alınması faktı üzrə açılan cinayət işinin istintaqını xeyli çətinləşdirəcək. Yayılan videolardan da bu aydın görünürdü. Ona görə də onun öldüyü doğrudursa, istintaqın işi ciddi şəkildə çətinləşəcək”. Vəkil qeyd edib ki, Sevinc Babayeva haqda yayılan xəbərlə bağlı indi hər hansı fikir bildirmək çox çətindir: “Çünki onun oğlunun prokurorluğa anasının Türkiyədə ölməsi xəbərini verməsindən başqa bir məlumat yoxdur. Bunu ətraflı öyrənmədən nəsə demək doğru olmaz. Baş Prokurorluğun açıqlamasında deyilir ki, oğlu Sevinc Babayevanın İstanbuldakı xəstəxanalardan birində ürək xəstəliyindən dünyasını dəyişdiyini söyləyib. Onun hansı xəstəxanada müalicə olunduğu, həqiqətən də orada olub-olmadığı, hansı şikayətlə xəstəxanaya müraciət etdiyi, Azərbaycanda olarkən hər hansı xəstəliyinin olub-olmadığı, olubsa, harada müalicə aldığı araşdırılmalıdır. Sevinc Babayevanın öz əcəli ilə keçindiyi, yoxsa öldürüldüyü də suallardan biridir. İndi bunu qəti demək mümkünsüzdür”.
Elşad Abdullayevin vəkili Adil İsmayılov isə deyib ki, Sevinc Babayeva ölübsə, Türkiyənin hüquq mühafizə orqanları bu fakta qiymət verəcək: “İşin necə araşdırılmasını isə istintaqçılar müəyyən edəcək. Hadisələri qabaqlayıb hər hansı fikir bildirmək istəmirəm”.
Baş verənlərlə bağlı açıqlama verən kriminoloq Əyyub Kərimov bildirdi ki, Sevinc Babayevanın ölkəni nə vaxt tərk etdiyi bilinmir: “Hələ dəqiq bilinmir ki, Sevinc Babayeva ilkin ifadəsindən sonra ölkəni tərk edib. Əgər hüquq mühafizə orqanları Sevinc Babayevanı interpol vasitəsilə axtarışa veriblərsə, bu onun ölkədə olmaması deməkdir. Sözsüz ki, Sevinc Babayeva ölkədən elə belə çıxa bilməzdi. Təbii ki, onun ölkədən çıxarılması üçün hansısa qüvvələr tərəfindən müəyyən şərait yaradılıb. Lakin hansı yolla getməsini heç kəs deyə bilməz. Fakt budur ki, Gülər Əhmədova qalmaqalı ilə bağlı üz-üzə gələn qüvvələr var. Sevinc Babayeva təbii ki, daha da ciddi faktlar açaraq ortalığa qoya bilərdi.” Sevinc Babayevanın öldürülməsi versiyasını da istisna etmədiyini bildirən Əyyub bəy, “mümkündür ki, Sevinc Babayeva öldürülüb və ya öldürülsün. Belə bir məsələ vardır ki, “insan var problem var, insan yoxdur problem yoxdur.”. Əgər məlum olsa ki, Sevinc Babayeva sağ deyil onda onun danışa biləcəkləri hər bir şeyə nöqtə qoyulacaq ”, - deyə bildirdi: “Hansısa qüvvə Sevinc Babayevanın gizlədilməsini istəyirsə, digər ikinci və üçüncü qüvvələr isə onun istintaqa təhvil verilməsinə və ya öldürülməsinə çalışır. Düşünməliyik ki, bununla bağlı 3 qüvvə fəaliyyət göstərir.”
Azərbaycanda bu ölüm xəbərinə münasibətdə çeşidli versiyalara yol açılıb. İlk versiya budur ki, ola bilsin, Sevinc Babayeva heç ölməyib və bütün baş verənlər onun ailə üzvlərinin ölkədən rahat çıxarılmasına, daha sonra da eynilə Elşad Abdullayev kimi, “təhlükəsizliyinin” tam təmin edilməsindən sonra danışdırılmasına hesablanıb. İkinci və əsas versiya isə budur ki, Sevinc Babayeva öldürülüb və onun ölüm faktı üzərində böyük siyasi oyunlar qurulacaq.
Hazırda Sevinc Babayevanın ölümünün kimə sərfəli olacağı istiqamətində də çoxsaylı mülahizələr sadalanır. Mətbuatda dərhal Sevinc Babayevanın susdurulması, daha böyük faktlar açıqlamamsı üçün öldürüldüyü versiyası üzərində dayanılsa da, biz məsələyə daha geniş aspektdən baxmağın tərəfdarıyıq.
Bəzi analitiklər Elşad Abdullayev məsələsindən xarici qüvvələrin necə və hansı məqsədlə istifadə edəcəyi, hətta Elşad Abdullayevin öldürülərək Azərbaycan hakimiyyətinin üzərinə atıla biləcəyi və bu qətl hadisəsi üzərində böyük oyunların qurulacağı mülahizəsini irəli sürürdü... İndi belə görünür ki, ilk qurbanlıq Sevinc Babayeva oldu.
Doğrusunu, nəyin baş verdiyini bir Allah, bir də bu işi düzüb-qoşanlar bilsə də, sadə məntiq onu göstərir ki, Sevinc Babayevanın ölümü daha çox bütövlükdə Azərbaycan hakimiyyətinin, o sırada da konkret olaraq PA rəhbəri Ramiz Mehdiyevin əleyhinə işləyəcək və bu hadisə iç ziddiyyəti daha da dərinləşdirəcək.
Həqiqətən, bu ölüm hadisəsini “susdurulmaq üçün öldürüldü” versiyası üzərində dayananların cavab verəcəyi bir çox qaranlıq suallar var:
- Əvvəla, Azərbaycan hakimiyyəti Sevinc Babayevanın yerini bilirdisə, niyə o, tutulub Azərbaycana gətirilmir və ondan “lazımi ifadə” alınmırdı?
- İkincisi, Sevinc Babayevanın danışmaq təhlükəsi var idisə, neçə vaxtdır axtarışda olan Sevinc Babayeva müasir texnologiyaların verdiyi imkanlardan faydalanıb bunu edə, Elşad Abdullayev kimi “səmimi etiraflara” başlaya bilməzdimi?
- Üçüncüsü, ümumiyyətlə S.Babayevanın ölkədən qaçmasına niyə imkan verilirdi?
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayeva öldürülüb!!!

    Sevinc Babayeva öldürülüb!!! ...

    28-12-2012, 11:04

  • 
  • Sevinc Babayevanın ölümü rəsmən təsdiqləndi

    Sevinc Babayevanın ölümü rəsmən təsdiqləndi ...

    27-12-2012, 19:30

  • 
  • Sevinc Babayevanın meyiti Bakıdadır

    Sevinc Babayevanın meyiti Bakıdadır ...

    30-12-2012, 11:56

  • 
  • Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb

    Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb ...

    4-02-2016, 20:52

  • 
  • İnterpol Sevinc Babayevanı axtarışa verdi

    İnterpol Sevinc Babayevanı axtarışa verdi ...

    25-12-2012, 13:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu