Dəbli stilistlərin fikrincə, ümumiyyətlə geyim seçərkən əsasən gözəl əhval ruhiyyədə olmalısınız ki, uğurlu seçim edə bilərsiniz
Kök xanımlar adətən geyim seçərkən problemlərlə qarşılaşırlar. Dəbə uyğunlaşmaq onlara çətinliklər yaradır. Hələ mağazaları gəzib paltar seçmələri, xüsusən də bəyəndikləri geyimlərin onlara uyğun ölçüsünü tapa bilmirlər. Bu da onların əhalının pozulmasına və ruh düşkünlüyünə səbəb olur. ANS PRESS-in məlumatına görə, dəbli stilistlərin fikrincə, ümumiyyətlə geyim seçərkən əsasən gözəl əhval ruhiyyədə olmalısınız ki, uğurlu seçim edə bilərsiniz.
Nə etmək lazımdır?
Kök xanımlar açıq pastel rənglərdə olan geyimlərə üstünlük versələr daha yaxşıdır. Rəngli noxudu naxışı, zolaq, dama, çiçək ornamenti ilə olan parlaq və rəngli parçalardan istifadə etmələri məsləhətdir. Gəncliyinizi vurğulayan kiçik ölçülü bantlardan, taxma cibləri olan geyim dəstlərindən istifadə edin. Aksessuarlara xüsusi diqqət yetirin. Zərif formada olan orta ölçülü qayışla bəzədilmiş çantalardan istifadə etməyiniz məsləhətdir. Çantalar açıq rəngdə və ya əksinə daha parlaq rənglərdə də ola bilər. Ayaqqabılarda və qayışlarda da həmçinin kiçik bantlardan və parlaq rənglərdən istifadə edə bilərsiz. Sırğalar, boyunbağı kimi aksessuarlara da diqqət etsəniz yaxşı olar. Çalışın seçdiyiniz aksessuar maraqlı və parlaq rənglərdə olsun. Siz həmçinin rəngli boyun örpəklərindən də istifadə edə bilərsiniz. Dəbli broşlar bədən quruluşunun mübahisəsiz üstünlüklərini vurğulayıb sinə sahəsinə diqqəti cəlb edəcəklər. Dolu xanımlara tam tikili, kəsiksiz donlar tövsiyə edilir. Sinələri "V" formada olan və ya vertikal kəsiklərlə işlənilmiş libaslar tövsiyə olunur. Bu zaman boyunuz vizual olaraq uzanacaq. Paltarların qolu köklüyünüzü gizlətmək üçün uzun və ya birazca qısaldılmış olmalıdır. Həmçinin uzun və şəffaf qollu libaslardan da istifadə edə bilərsiniz. Tünd geyimin üstündən geyinilmiş jaketlər, pencəklər və açıq tonlarda olan jiletlər gözəl və dəbli görünəcək. Bəli qısa olan düz şalvarlar da kök xanımların geyimi üçün ideal variant hesab olunur. Əziz xanımlar, çalışın geyim seçərkən qısa və ya "fənər" qollu geyimlərdən, qabarıq yaxalıqlardan istifadə etməyəsiniz, əks halda belə geyimlər boyununuzu qısaldacaq, qollarınızın köklüyünü üzə çıxardacaq və xoşagəlməz obraz yaradacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?