Maksim Qalkin və Alla iki ay müddətinə Filip Kerkorovun uşaqlarına baxacaq
Rusiyalı müğənni Alla Puqaçova əkiz övladları ilə yanaşı keçmiş həyat yoldaşı Filip Kirkorovun uşaqlarına da baxmağa vaxt tapıb. Məşhur müğənni Filip bu aralar Rusiyanı “Eurovision”da dövlətlərini təmsil edəcək ifaçılar ilə ciddi məşqul olur. Xatırladaq ki, mahnı müsabiqəsi may ayının 2-si Danimarkada başlayacaq, Rusiyadan müsabiqəyə Tolmaçev bacıları qatılacaq. Alla Puqaçovca keçmiş həyat yoldaşına indiki həyat yoldaşı Maksim Qalkin ilə birlikdə dəstək olmaq qərarına gəlib. Kirkorovun iki yaşlı qızı Viktoriya və 1,5 yaşlıq Martin ataları üçün darıxmasınlar deyə Alla onları iki ay müddətinə Qryaz rayonunda yerləşən imarətgahına gətirib. A.Puqaçovanın yaxın dostları onunla zarafatlaşmadanda keçməyiblər: “Alla bu yaxınlarda elit uşaq bağçası açmaq qərarına gəlib, buna görə də yavaş-yavaş uşaqları evinə yığır”. Bununla əlaqədar olaraq Alla Puqaçova fikirlərini bildirib: “Həyatım artıq öz qaydasına düşüb, saat neçədə nə etmək lazımdır bilirəm. Hər 3 saatdan bir uşaqları yedizdirirəm, vaxtı-vaxtında vanna qəbul edirlər. Bir sözlə uşaqlar mənim həyatımı tam olaraq dəyişiblər, bunlar hamısı hər bir qadına xoş gəlir, mən isə daha da xoşbəxtəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?