İki gün öncə gəncəlilər qarşısındakı 1 saatlıq çıxışına 125 min dollar alan türk ifaçı lüks mənzilə köçür
İki gün öncə Gəncədə konsert verən türk müğənnisi Hadisə özünə təzə ev alıb. Uzun zamandır Ləvəntdə kirayədə oturan gözəl müğənni bundan sonra şəxsi mənzilində yaşayacaq. Yüksək kirə pulu ödəməkdən şikayətçi olan müğənni, xeyli müddətdir satılıq ev axtarırdı. Müğənninin məhz Azərbaycandan geri qayıtdıqdan sonra yeni mənzil aldığı çox maraqlıdır. Gəncəlilər qarşısındakı çıxışının 1 saatına 125 min dollar alan (300 min TL) Hadisə, geri dönər-dönməz 600 min dollarlıq lüks mənzilin pulunu ödəyib. Məşhur ifaçı İstanbulun Rumelihisarında aldığı mənzildə böyük bacısı ilə yaşayacaq. Hadisənin yeni mənzili Fatih Sultan Mehmet Köprüsünə və Boğaz mənzərəsinə baxır. Bir yandan yaxında çıxacaq yeni albomunun yazılması ilə bağlı vaxtının bir çoxunu studiyada keçirən Hadisə, bir yandan da yeni evə köçmə təlaşı yaşayır.
Sorğu
Yeni dizaynımız necədir?