Bəstəkar-müğənni Elza Seyidcahan bir vaxtlar canbir qəlbdə olduğu Ramala düşmən kəsilib. Buna səbəb Ramalın Seyidcahanın “Sevənlərin rekviyemi” klipinin təqdimatına gəlməməsi olub. Əsəblərini cilovlaya bilməyən Elza etdiyi yaxşılıqları onun başına da çaxıb: “Ata öz övladına etmədiyi yaxşılığı mən Ramala etmişəm. Ona pulsuz-parasız düz altı mahnı bağışlamışam. Hansı ki, həmin mahnıları mən müğənnilərə pulla satıb yaxşı qazanc götürə bilərdim”. Ramalın acığını digər gənc müğənnilərdən çıxan Elza “bir də heç bir gəncə dəstək olmayacağam” deyərək özünə söz verib. Hələ bu harasıdır, Seyidcahan Ramala mahnılarını oxumaması üçün qadağa da qoyub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?