Müğənni Suli toyu olmamış hamilə qalıb. Bu barədə sənətçinin özü bildirib:
“Artıq dörd aydır ki, hamiləyəm. Bu mərhələni çox ağır keçirirəm, həkim nəzarətindəyəm. Yenidən ana olacağımı heç düşünmürdüm. Çünki səhhətimdə ciddi problemlər var idi. Həkimlər hamilə olduğumu deyəndə inanmadım, oturub ağladım. İstəyirəm yenə oğlum olsun. Amma indi qanuna görə, uşağın cinsiyyətini öyrənmək qadağandır”.
Suli birlikdə olduğu sevgilisindən də söz açıb:
“Mənim çox ciddi münasibətim var. Sevdiyim insan yanımdadır. O məni, mən də onu çox sevirəm. Amma toy haqqında düşünmürəm, nikah istəmirəm. İndi məni ancaq səhhətim və gələcək körpəm maraqlandırır”.
Qeyd edək ki, müğənninin əvvəlki evliliyindən bir oğlu var.
Sorğu
Yeni dizaynımız necədir?