Ötən həftə paytaxtın elit məkanlarından birində özünə təmtəraqlı toy edən müğənni Aytac Vidadiqızı növbəti toya hazırlaşır.
Milli.Az-a açıqlama verən müğənni türk vətəndaşı ilə ailə qurduğundan İstanbulda da toy edəcəyini bildirib:
"Bakıda toyum çox gözəl keçdi. Bütün qohumlarım və mənə əziz olan sənət dostlarım xoşbəxt günümdə yanımda oldu. Toyumda sənət aləminin ən görkəmli nümayəndələri iştirak etdi. Hətta unudub dəvət etmədiyim bir sıra şəxs gəlib məni təbrik etdi. Həyat yoldaşımın bütün qohumları Türkiyədə yaşadığından toyda yalnız ailə üzvləri iştirak edə bildi. Ona görə də Bakıda qız toyu oldu. Oğlan toyu Türkiyədə yanvar ayında olacaq. O toy daha möhtəşəm olacaq. Daha sonra isə bal ayına yollanacağıq".
Aytac Vidadiqızı toyuna dəvətli olan bəzi həmkarlarının gəlməməsinə bildirib:
"Toy insan həyatında dostunu-düşmənini müəyyən etmək üçün gözəl təcrübədir. Mən də toyumdan sonra üzümə gülən yalançı dostlarımı tanıdım. Dost bildiyim az sayda sənət yoldaşım oldu ki, məni heç quru sözlə təbrik etmədi. İnsan uman yerdən küsər. Mən onların bütün tədbirlərində, xeyir işlərində necə lazımdır iştirak etmişəm. Mən heç kəslə pula görə dostluq etmirəm. Amma görünür, çoxu mənim puluma, var-dövlətimə görə dostluq edib. Kiminsə hesabına insanların gözünü mazol ediblər deyə, özlərini önəmli insan sayırlar. Nə səsimlə, nə imkanımla heç birindən geri qalmıram".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?