Qalmaqallı hərəkətləri ilə məşhur olan ukraynalı jurnalist Vitali Sedyuk bu dəfə erməni əsilli Amerika fotomodel Kim Kardaşyana hücum edib. gundemxeber.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, hadisə Parisdəki Moda Həftəsi zamanı baş verib.
Kardaşyan öz əri Kanye Uest və anası Kris Cenenrlə nümayişlərin birinə gəlib. Lakin öz avtomobilindən çıxar-çıxmaz kamifulyaj rənglərində pencək geymiş və sərf taxmış Sedyuk onun üstünə atılıb və Kardaşyanı yerə yıxmağa çalışıb. Bu zaman cangüdənlər köməyə gələrək erməni fotomodelini onun əlindən alıblar. Məlumatlara görə, jurnalist həbs olunmayıb.
Qeyd edək ki, bu, Sedyukun tanınmışlara qarşı ilk qalmaqallı hərəkəti deyil. Belə hərəkətlərə görə, ona hətta şərti azadlıqdan məhrum etmə cəzası da kəsilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?