“İranlı Odri Hepbern” adlandırılan aktrisa Nazənin Bünyadi Hollivudun ən məşhur simalarındandır.
Ailem.az-ın məlumatına görə, 1980-ci ildə Tehranda doğulan Bünyadi XIX əsrdə yaşamış məşhur fars filosofu və şairi Səfi Əli Şahın kötücəsidir. İran inqilabı vaxtı ailəsi ilə İngiltərəyə mühacirət edib. Kaliforniya İrvin Universitetinin “Biologiya” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir müddət tibb sahəsində, həmçinin, “MedTimes” dərgisinin baş redaktoru işləyib.
2005-ci ildə özünü aktrisa kimi sınayıb. “General Hospital” adlı operada ilk rolunu oynayıb. Sonradan “Dəmir adam”, “Çarli Uilsonun müharibəsi”, “Qarşıdakı üç gün” filmlərində, “Ananızla necə tanış oldum?” serialında çəkilib. Üç il əvvəl çəkildiyi “Vətən” serialında iranlı qız rolunu oynayıb. Rol üçün aktrisanın hicab taxmağı medianın diqqətini çəkib. Bünyadi bu il — “Şirin aşiq olur” və “Səhrada rəqs edənlər” seriallarında görünüb.
“Amnesty International-Amerika”nın sözçülərindən olan aktrisa dəfələrlə İranda qadın hüquqlarının pozulması barədə çıxışlar edib.
Bünyadi ingilis və fars dillərində səlis danışmağı bacarır. O, bir müddət Tom Kruzla sevgili olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?