Müğənni Səidə Sultan burun əməliyyatı etdirmək istəyir.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "İncə maraqlar" verilişində deyib.
O, son günlər nəfəs almada əziyyət çəkdiyini bildirib:
"Heç vaxt estetik əməliyyat etdirməmişəm. Burnumda ət var, son günlər nəfəs almamda problem yaranıb. İstəyirəm, əməliyyat etdirim. Həmişə əməliyyatdan qorxmuşam. Nəfəsimdəki bu problem oxumağıma da mane olur. Bilirəm ki, ürək üçün də ziyandır".
S.Sultan heç bir baxım vasitələrindən istifadə etmədiyini deyib:
"Xanım var ki, özünə çox baxır. Amma mən bir şalvar və kofta geyinib gedirəm. Evdə təbii maskalar edirəm. Heç pəhriz də saxlamıram. Kosmetoloqa getmirəm, elə bilirəm, məndə hələ hər şey gözəldir. Özümü yeni çəkdirmişəm, 48 kiloqramam".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?