gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" verilişinə açıqlamasında bundan sonra şəxsi həyatından danışmayacağını deyib.
O bildirib ki, ayrıldığı həyat yoldaşı Rizvan Məmmədovla yenidən bir araya gəlməsi xəbərləri tənqid olunub:
"Şəxsi həyatım haqda bir dəfə danışdım, onu elə yerə yozub, qəribə don geyindirdilər ki... Şəxsi həyatımda hər şey yaxşıdır. Amma bu haqda danışmaq istəmirəm. Peşman oldum, açıqlamalarımdan yersiz istifadə edildi. Ev, ailə sirrimi bölüşməyəcəm".
S.Əliyeva "Əsas odur ki, üzüyünüzü yenidən taxmısınız" sözlərinə belə cavab verib:
"Xeyr, barmağımdakı üzük o deyil. O cür üzüyüm çoxdur, taxsam, deyərlər görməmişdir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?