Azəri Günel şəxsi həyatı ilə bağlı etiraflar edib. gundemxeber.az gecce.az-a istinadən xəbər verir ki, həyatında ülvi sevgini 24 yaşında yaşadığını bildirən sənətçi "ATV Maqazin onlarla" verilişinə bunları deyib:
"Bundan sonra həyatımda kimsə olsa, toy edəcəm. Hər kəs 1 və ya 2 gün sonra toyumun olduğunu biləcək. Nişan öz aramızda olacaq, amma bunu kimsə bilməyəcək. 30 yaşım var. İndiyə kimi həyatımda iki nəfər olub. Hər ikisi də məlumdu. Çox adamla gəzdiyim deyirlər. Amma gəzdiklərim kimdi, tanımıram. Həyatımda olan insanlarla namusum və şərəfimlə olmuşam. Hətta İbrahim Tatlısəslə sevgili olduğumu da deyirdilər. Amma o, mənim ikinci atamdır və onu çox sevirəm.
Sevginin ən yüksəyini yaşamışam və bundan utanmıram da. Yaxşı ki yaşamışam. Cahil olsaydım, bəlkə də bunları dilə gətirməzdim. Yaxşı şeylər yaşamışam, utanmıram bunlardan. Bu sevgini yaşayanda 24 yaşımda idim. O ildən bu yana həyatımda çox şey dəyişib və haqqımı hər kəsə halal etmişəm. Sabah başımıza nəyin gələcəyi bəlli deyil. Sildimsə, silərəm. Sabah qarşılaşdığım yerdə salam verərəm. Çünki insanlığımdan irəli gəlir. O illərin üstündən artıq illər keçib. Xatirələrlə yaşasaydım, bu vəziyyətdə olmazdım. Həyatımda "məni bağışla" deyən insanları görmüşəm. Bunlar önəmlidir mənim üçün. Eks-sevgilimin məşhurla evlənib, sonra ayrılma xəbərinə sevinmədim. Bu xarakterin yiyəsi deyiləm. Heç kimə "ah" etmərəm. Hər kəs öz həyatını yaşayır. Hər zaman susmuşam. Bu haqda türk mediasına söyləməmişəm, söyləmərəm də. Susacam. Bu, mənim həyatımdı və heç kimi maraqlandırmır. Həyatımda olan insanın dalınca heç vaxt danışmamışam. Bu mənə yaraşmaz".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?