Məşhur amerikalı müğənni Rianna dünən Fransanın Nitsa şəhərində idi. Fransanın milli bayramı olan Bastiliyanın Alınma Günü münasibətilə təşkil olunmuş ənənəvi atəşfəşanlıq zamanı İŞİD mənsubunun törətdiyi terror aktında 84 nəfər həlak olub, 100 nəfər yaralanıb. Milli.Az Juts Jared-ə istinadən bildirir ki, 28 yaşlı müğənni deyib: "Terror aktı zamanı orada idim. Narahat olmayın, sağ-salamatam". Müğənni "Anti World Tour" turnesi çərçivəsində Nitsada da konsert verməli idi. Nitsanın meri Kristian Estrozi Twitter-dəki profilində yazıb: "Riannanın konserti və şəhərdəki caz festivalı təxirə salınır". Riannanın Nitsada konserti bu axşam baş tutmalı idi.
Sorğu
Yeni dizaynımız necədir?