Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşova arasındakı qalmaqal daha da alovlanır. Bir müddət öncə Brilliant Dadaşovanın maqazin verilişlərindən birində Aygün Kazımova ilə Röya Ayxanın “Kral Muzik Ödülleri”nə layiq görülməsinə münasibəti arada insidentə səbəb olub.
Belə ki, B.Dadaşova sözügedən tədbirin o qədər də əhəmiyyətli olmadığını deyib. Sonra da deyib ki, Türkiyə şou-biznesinə ilk o qatılıb.
“Müğənnilərimizə nümunə ola bilmək çox yaxşıdır. Nə yaxşı ki, məndən sonra müğənnilər mahnılarını Türkiyədə yazdırır.
A.Kazımova isə deyilənləri cavabsız qoymayıb. O, “10Lar” verilişində B.Dadaşovaya sərt cavab verib:
“Brilliant xanım, sizə çox minnətdaram ki, sonunda öz üzünüzü göstərdiniz. O insan mənə qarşı heç nə etməyib. Amma mən ona qarşı həmişə yüz addım getmişəm. Siz söylədiniz ki, on beş ildir örnəksiniz, bizi, sizdən də artıq sözünü demiş sənətçiləri arxanızca aparırsınız. Bu söz mənə təsir etdi, sənətimə heç kəs toxuna bilməz. Kütləni arxasınca aparan insanlar çox nadirdir. Brilliant xanım, təəssüflər olsun ki, siz toyxana səhnəsinə aparan sənətçisiniz. Böyük səhnələr, şoular, özünüz dediyiniz kimi sizə aid deyil. Siz arxanızca kütlə aparan müğənni deyilsiniz. Allah sizi belə doğurmayıb. Kütləni mən arxamca aparıram”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?