Əməliyyatla mədəsini kiçildən türkiyəli müğənni Fatih Ürek arıqlaması ilə səs-küy yaradıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ifaçı necə arıqlamasından söz açıb:
"30 yaşımdan sonra kökəlməyə başladım. Gecə həyatım çox aktiv idi. Siqaret çəkir, spirtli içki içirdim. Düzgün qidalanmırdım, nə gəldi yeyirdim. Arıqlaya bilmədiyimi görüb, əməliyyatla mədəmi kiçiltdim.
Bu günə kimi 30 kiloqram çəki atdım. Çox oldu, özümü çirkin hesab etdim. 6-7 kiloqram yenidən kökəldim. Dondurmanı və şokoladı heç bu qədər rahat yeməmişdim.
Mədə əməliyyatından sonra çətin günlər keçirdim. Mədəmdə deşik yarandı. Şəkər xəstəsi olduğum üçün çətin sağaldım".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?