MTN-ə aparılan müğənni bəlli oldu Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qurbanlarından birinin kimliyi media orqanlarına məlum olub. “Gündəm Xəbər” in Portallar üzərindən apardığı araşdırmalara əsasən, qafqazinfo həmin müğənninin kimliyini dəqiqləşdirə bilib. Məlum olub ki, MTN-ə aparılan müğənni Şəbnəm Tovuzludur (Əsədova). Xatırladaq ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Qeyd edək ki, yayılan xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar. MÜĞƏNNİ DANIŞDI Hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığı və təhdid edildiyi deyilən müğənni Şəbnəm Tovuzlu haqqında yayılan iddialara münasibət bildirib. “Gündəm Xəbər”in məlumatına görə, müğənni lent.az-a açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: “Bütün bunlar yalandır, heç vaxt belə bir şey olmayıb. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olub, bitib”. Ş.Tovuzlu deyib ki, bu xəbərlər “hansısa müğənnin sifarişi ilə” yazılıb: “Bu, mənim həyat tərzimi, populyarlığımı çəkə bilməyənlərin işidir. Bu cür söhbətlərlə məni sevənlərimin gözündən salmaq istəyirlər. Amma alınmayacaq”. Müğənni onu da bildirib ki, elə bu gündən bu xəbəri yazanlar barədə Hüquq Mühafizə Orqanlarına şikayət edəcəyik: “Bu məsələyə hüquqi şəkildə cavab verəcəyəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?