Türkiyəli aktrisa Nurgül Yeşilçay oğlu Osman Nejadın bəyəndiyi qız tərəfindən rədd edildiyini bildirib.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, "Bestyle" jurnalına müsahibə verən Nurgül Yeşilçay şəxsi həyatına dair maraqlı açıqlamalar verib. Məşhur aktrisa oğlunun təhsilinə ciddi fikir verdiyi, eləcə də qadınlara qarşı nəzakətli davranması üçün əlindən gələni etdiyini deyib: "Oğluma qadınlarla mülayim rəftar etməsi üçün öyüd-nəsihətlər verirəm. Ona "Qız sənin saçını dartacaq, sənə bağıracaq, hətta üzünə belə tüpürəcək, amma sən ona əl qaldırma" deyirəm".
"Möhtəşəm 100 il Kösəm" serialında rol alan Nurgül Yeşilçay bildirib ki, oğlanlar qadının daha incə və həssas olduğunu zərif olduğunu anlaya bilmir. Bunu analar ona aşılamalıdır: "Mən hər zaman qadının tərəfində olmaq istəyirəm, amma bir dəfə oğlumu bəyənməyən qıza hirslənmişdim. Nejat balaca olanda bir qızdan xoşu gəlirdi. "Ana nə edim?" - deyə soruşdu. Mən də "Sevirsənsə, get danış, oğlum" - dedim. Getdi danışdı, qız rədd etdi. Bildirməsə də, çox incimişdi. Mən də pis olmuşdum. Əlbəttə o anda "Uşağımın nəyini bəyənmədin? Ggül kimi oğlandır!" - deyə də düşündüm. Aktrisanın jurnala özü haqqında verdiyi maraqlı məlumatları təqdim edirik: Hər gün eyni radioya qulaq asıram, hər səhər yuxudan duran kimi mütləq qəhvə içir və "twiter"-e baxıram. İşlədiyim insanların dəyişməsini heç sevmirəm, illərdir eyni insanlarla işləməyə üstünlük verirəm. Hər zaman çalışqan bir insan oldum. Tələbəlik illərində ona işgüzarlıq, deyil "inəklik" deyilərdi. Emalatxanam var, iki ildir ki, rəsm çəkməklə məşğulam. Çəkilişlər olmadığı vaxt hər gün oraya gedirəm. Səhər içəri girən kimi musiqi qoyur və bütün gün rəsm çəkirəm. Çəkilişlərdə mütəmadi olaraq parça üzərində naxış işləyirəm. Əlimin mütəmadi olaraq işləməsini sevirəm, televiziya izləyərkən də edirəm. Yaxında çanta ticarətinə başlayacağıq. 10 il əvvəl Amerikaya köçməli idi, sadəcə karyerama yeni başladığım üçün qorxdum. Kamili Klaudel və Kleopatra canlandırmaq istədiyim əsas rollardır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?