GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » 3 badam 1 qoz”-un aktyorları: “Böyük PR işləri görmədən rekord qıracağıq”

3 badam 1 qoz”-un aktyorları: “Böyük PR işləri görmədən rekord qıracağıq”

Tarix: 11-01-2017, 01:49 Bölmə :Maqazin Baxış: 1 660
3 badam 1 qoz”-un aktyorları: “Böyük PR işləri görmədən rekord qıracağıq”

Vayner kimi məşhurlaşan, yanvarın 12-də “Nizami” kino mərkəzində nümayiş olunacaq “3 badam, 1 qoz” filmində rol alan Mənsur Şərif və Altun Mətləboğlu “Yeni Musavat” qəzetinin redaksiyasında qonaq olub.

Sosial şəbəkədə milyonlarla izləyici olan vine komandasının üzvləri (komandanın digər üzvləri Rəsul Abbasov və Sabir Samiroğlu işlə əlaqədar müsahibəyə qatıla bilmədi) komediya janrında çəkilən filmin təqdimatından öncə Musavat.com saytının suallarına cavab verib:

- “3 badam, 1 qoz” filminin qala gecəsinə sayılı günlər qalıb. Həyəcanlısınız?

Mənsur: Çox həyəcanlıyıq. Həyəcan da məsuliyyətdən irəli gəlir.

Altun: Əlbəttə, həyəcan var. Amma ərsəyə gətirdiyimiz filmə güvənirik. Hər şey yaxşı olacaq.

- Filmin adı ilə bağlı yəqin sizə çox sual verirlər. Niyə məhz “3 badam, 1 qoz”?

Altun: Düzdür, bizə filmin adı ilə bağlı çox suallar verirlər. Onu filmi izləyəndə biləcəksiniz. Özümüz elə ad seçdik ki, hamıya maraqlı olsun. Özümüzə söz vermişik ki, filmin adını ancaq ekran işi nümayiş olunandan sonra deyəcəyik. Düşünürük ki, filmi izləyən tamaşaçı da nə demək istədiyimizi anlayacaq.

- Çəkilişlər necə keçdi? Öncədən hansı ip uclarını verə bilərsiniz?

Mənsur: Filmin rejissoru Rafael Bağıroğlu, quruluşçu operatoru Nicat Zeynallı, işıq rəssamı da Vasif İbrahimovdur. Filmdə hadisələr bir gecədə baş verir. Biz elə etməli idik ki, filmin bir gündə çəkilmədiyini tamaşaçı hiss etməsin. Elə günlər olurdu ki, Altun fenlə asfaltı qurudurdu ki, payız fəslində olduğumuz bilinməsin. Əslində çəkilişlər yay fəslində olmalı idi, müəyyən problemlərə görə gecikdik. Film noyabra planlansa da, yanvarda təqdim edilməli oldu. Əsas odur ki, gec olsun, amma yaxşı olsun.

- Son zamanlar yerli, xüsusilə komediya filmləri çox çəkilir. Onların bəziləri gözləntiləri doğrultsa da, bəziləri istənilən nəticəni əldə etmir. Sizin “3 badam, 1 qoz”-dan gözləntiniz nədir?

Altun: Hər kəsin işi xeyirli olsun. İstəmərik ki, kiminsə işi gözlədiyindən aşağı səviyyədə alınsın. Biz o filmləri üstələməyə qadirik. Çünki fərqli iş ortaya qoymağa çalışmışıq. Filmdən rekord nəticə gözləyirik.

Mənsur: Biz filmi tamaşaçılara güvənib çəkmişik. Onlar bizi filmlərdə görmək istəyirdilər. Vine çəkməyin də bir vaxtı var, yaş ötür, hansısa işin qulpundan yapışmaq lazımdır. Biz də risk edib, bu filmi çəkdik. İnşallah, yanılmarıq.

- Mən düşünürəm ki, vine daha asandır. Vine-lardan söz düşmüşkən, vine-dan filmə keçid çətin olmadı?

Altun: Vine filmdən daha çətindir. İnsanları 1 dəqiqəyə, yoxsa 1 saata güldürmək daha asan olar? Texniki cəhətdən vine çəkmək daha asan ola bilər, amma 1 dəqiqə ərzində insanları güldürmək çətindir. Bizim tamaşaçılarımız elədir ki, onlar bizə gülüb keçmir, düşünürlər, fikir bildirirlər, bəzən tənqid edirlər.

- Tənqidi fikirlərə necə açıqsınızmı?

Mənsur: Tənqid olar, amma təhqir olmaz.

- Son zamanlar tanınmışları sosial şəbəkədə təhqir etmək tendensiya halını alıb.

Mənsur: Təhqir edənlər uşaqlardır. Girib səhifəsinə baxırıq ki, məktəblidir. Onları qara siyahıya atırıq.

Altun: Şərhləri oxuyanda kimin nə məqsədlə yazdığını bilirik. Onlar da zamanla yazdıqlarını dərk edəcəklər. “Facebook” izləyicisini güldürmək daha çətindir. Çünki “İnstagram” –ı daha çox gənclər istifadə edir, “Facebook”-dan istifadə edənlər isə orta və yaşlı nəsildir. Bəziləri isə sırf tənqid etmək üçün bizi izləyir, tənqid yazmaq məqsədi ilə, söz xətrinə yazır. Biz bunları yaxşı başa düşürük.

- Bəzi yeni filmlərimizdə müxtəlif mesajlar verilir. “Oğlan evi” də o filmlərdəndir. “3 badam, 1 qoz” filmində bu cür mesajlara rast gələcəyik, yoxsa yüngül komediyadan ibarətdir?

Altun: Bizim filmdə də müəyyən mesajlar var. Amma onları indi açıqlamaq istəmirik. Filmi izləyənlər hər şeyin şahidi olacaqlar.

- Film sektorunun nümayəndələri tez-tez maddi problemlərdən , sponsorun olmamasından gileylənirlər. Bildirirlər ki, film çəkmək üçün onlara maddi dəstək olan yoxdur. Sizin maliyyə dəstəkçiniz kim və ya kimlər oldu, yoxsa öz imkanlarınız hesabına ərsəyə gətirdiniz?



Altun: Dostlarımız bizə dəstək oldu. Onlar Moskvada yaşayan azərbaycanlılardır. Baxa Heydərov, Əsgər Babayev, Zaman bəy bizim izləyicimiz olub. İstedadımızı görüb maddi dəstək oldular.

- Filmin PR-ı digər yerli filmlər qədər deyil. Biz “3 badam, 1 qoz”-un afişalarına şəhərin müxtəlif yerlərində, avtobusların üstündə rast gəlmirik. Bu şəxs seçiminizdir, yoxsa...

Altun: Biz “Oğlan evi 3” filminin nəticəsini 3 günə əldə etmişik. “Oğlan evi” 1 milyonu 1 ayda, biz 3 günə keçmişik. Bu kifayətdir. Bizim məqsədimiz odur ki, böyük PR işləri görmədən rekord qıraq. Efir üzü görməyə-görməyə, şəhərin mərkəzində, avtobusun üstündə afişa vurmaya-vurmaya yüksək nəticə əldə etmək niyyətindəyik. Burada prinsip söhbəti yoxdur, sadəcə istəyimiz belədir. PR işlərini görməyə büdcəmiz də var. Amma biz qarşımıza məqsəd qoymuşuq.



- Fərda Xudaverdiyev proqramların birində belə bir ifadə işlətdi: “Xarici, xüsusilə türk filmləri kinoteatrlardan yığışdırılsın, yerli filmlər nümayiş olunsun və rəqabət daha yaxşı bilinsin. Azərbaycan tamaşaçısı yerli filmlərə maraq salsın”. Onun fikirləri ilə razısınızmı?

Mənsur: Filmlərin yığışdılması hissəsinə qatılmırıq, amma tamaşaçıların yerli filmlərə üstünlük verməsi fikrinə qatılırıq. İstəyirik ki, kinoteatrlarda yerli filmlərə daha çox üstünlük verilsin. Bu yaxınlarda Murat Boz Bakıya gəldi, anşlaq oldu, qızlar “Murat, Murat” deyib qışqırdılar. Xarici məşhurlara fanatlıq etmək olar, amma öz sənətçilərimizə daha çox dəyər verilməlidir.

Altun: Xarici ulduzlara göstərdikləri qədər də olmasa, bizimkilərə də diqqət ayırsınlar. Bizlərə dəstək olsunlar. Adımızı qışqırmasalar da, azərbaycanlı olduğumuz üçün diqqətlərini əsirgəməsinlər.

- Düşünürsünüz ki, yaxın zamanlarda da xarici ulduzlara olan diqqət bizimkilərə də göstəriləcək?



Altun: Nə zamanki bizim tamaşaçılar yaraşığa deyil, sənətə qiymət verəcəklər, o zaman hər şey yaxşı olacaq.

- Yəni, Murat Boz, Özcan Dəniz yaraşıqlı olduğu üçün onların adlarını qışqırırlar?

Altun: Mən elə düşünürəm. Azərbaycanda həm yaraşıqlı, həm də istedadlı sənətçilər çoxdur. Yaraşıq önəmli olmamalıdır, istedadlı şəxsi görənlər onu anşlaqla qarşılamalıdır. Çünki o diqqəti görəndə insan daha çox həvəslənir, işinə bağlanır. Bizi həvəsdən salacaq sözlər yazmasınlar. Bizə dəyər verənlər çoxdur, amma istəyirik ki, xarici sənətçilər qədər öz ölkəmizdə dəyər görək.

- Filmin ikinci və ya üçüncü hissəsini çəkməyi planlayırsınız?

Mənsur: Hər şey “3 badam, 1 qoz”-a olan tələbatdan sonra bilinəcək. Bayaq da qeyd etdik ki, film izləyicilərin istəyi ilə ərsəyə gətirilib. Əgər tamaşaçı desə ki, davamı olsun, olacaq.
Altun: İki gəlsə də, eyni adla gəlməyəcək.



- Adətən birinci film daha maraqlı olur. Sonrakılar əvvəlki effekti vermir...

Altun: Ona görə dedim ki, fərqli adla gələcək. Çox zaman ikinci film tutmur. Xarici filmlərə də nəzər salsaq, bunu görərik. “Çaqqallarla rəqs” filminin ilki maraqlı idi, amma sonra çəkilən 3 hissə o marağı yarada bilmədi.

- Ola bilərmi ki, birinciyə daha həssas yanaşılır. Növbətilərə isə yox?

Altun: Razı deyiləm, eyni tipajla tamaşaçını hər dəfə cəlb edə bilməzsən. Döyülən bir obraza tamaşaçı 3- dəfə güləcək, 4-cü dəfə onu güldürmək mümkün olmayacaq. Tamaşaçı tez doyur.

-Vine-dan filmə keçid etdiniz. Yenidən vine-ə qayıdış işlərinizdə silkələnmə yaratmayacaq?

Mənsur: 26 yaşım var, vine çəkməyin vaxtı var. 30 yaşdan sonra müəyyən zamanlarda vine çəkəcəyəm. Vine çəkməyə başlayanda 23 yaşım vardı. 3 ilə milyonlarla izləyici topladım və hazırda sizin qarşısında müsahibə verirəm. Bu uğurdur. Əvvəlki qədər olmasa da, yenə də vine çəkməyə davam edəcəyik.



- Vine izləyənlər pulsuz olduğu üçün daim izləyir, amma tamaşaçıların çoxu pul verib kinoya baxmaq istəmir. Gözləyirlər ki, “Youtube” kanalına yüklənsin...

Altun: Biz heç kimə deyə bilmərik ki, bilet al, filmimizə bax. Müştəridən müştəri tutmaq məsələsi var. Biz filmimizin yüksək səviyyədə olduğuna inanırıq. Düşünürük ki, sabah siz izləyib bəyənəcəksiniz, sonra 5 dostunuza məsləhət görəcəksiniz. Həmin 5 nəfər də 5 dostuna deyəcək. Beləliklə, filmə xeyli sayda izləyici cəlb olunacaq.

- Bəzən filmlərə aktyorluq qabiliyyəti olmayan və ya az olan, canlandıracağı obrazdan uzaq birini sırf tanındığı, PR üçün filmin kollektivinə daxil edirlər. Nəticədə tamaşaçı o süniliyi həmin an hiss edir. Sizin filmlərdə bu cür hallar yaşanıbmı?

Altun: Rejissordan çox şey asılıdır. Rejissor aktyorluğu qarşısından almalıdır, komediya janrında aktyor sıxılmamalıdır. Mən serial və filmlərimizdə rəqqasələrin, müğənnilərin çəkilməsinin əleyhinəyəm.

- Amma sizin filmdə də stilist Samiraldo, aparıcı Şəhriyar Əbilov çəkilib...

Altun: Şəhriyarın aktyorluq qabiliyyəti var. “3 badam, 1 qoz” artıq rol aldığı neçənci filmdir. Aktyorluq qabiliyyəti olan şəxsi oynatmaq lazımdır. Biz Şəhriyarı sıxmamışıq, içindəki bütün potensialı çıxartmışıq.

- 4 nəfərdən ibarət vine komandasınız. Bəzən məşhurluq əldə ediləndən sonra komanda arasında söz-söhbətlər yaranır, biri digərinin uğurunu qəbul etmir və nəticədə komanda dağılır. Sizin aranızda da problemlər yaşanırmı?

Mənsur: Bizim aramızda elə bir şey ola bilməz. Birimiz uğur qazananda hamımız sevinirik. Çünki bilirik ki, Altun qabağa getsə, hamımızı arxası ilə çəkəcək. Biz qardaşıq, dostuq.



- Mənsur, sizi vine-larda qadın obrazında heç vaxt görməmişik. Bu özünüzə qoyduğunuz qaydadır, yoxsa təsadüfdür? Ümumiyyətlə, hər hansı çərçivələriniz var?

Mənsur: Aktyor hər obrazı oynamalıdır. Qadın və digər rolları canlandıranlara da pis baxmıram. Amma özümü o rolda görmürəm.

- Bəs, xarici bir şirkət, məşhurların rol alacağı bir layihə, milyonlarla dollar qazanc olsa belə, razılaşmazsınız?

Altun: Həmin prodakşınlar kimə müraciət etməli olduğunu bilir. Onlar bizə müraciət etməzlər.

- Düşünmürsünüz ki, özünüzü çərçivəyə salmaq sizi inkişafdan saxlaya bilər?

Altun: Pik nöqtəyə qalxmaq üçün qadın obrazı oynamaq lazım deyil. Fərda, Elməddini qadın obrazında görməmişik, amma hazırda çox populyardırlar.

Mənsur: Mənim prinsiplərim var, qadın obrazı canlandırmayacağam. Amma bir daha deyirəm ki, qadın obrazını canlandıranlara da pis baxmıram.

- Bayaqdan çox iddialı danışırsınız. Heç vine-dan əldə etdiyiniz uğuru filmdən edə bilməyəcəyiniz barədə narahatlıq yaşamırsınız?

Altun: Belə narahatlığımız yoxdur. Filmimiz vine kimi çəkilib. Tamaşaçılar gəlib gülüb getməyəcəklər, istədiklərini alacaqlar. Filmi Bollivud stilində çəkmişik, bir az Hindistana, bir az Amerikaya yaxındır. Filmdən Azərbaycan filmi iyi gəlmir.

- Gələcək hədəfləriniz nələrdir? Planlarınızda Azərbaycanda müəyyən işlər gördükdən sonra dünyaya açılmaq varmı?

Mənsur: Hər şey təklifdən irəli gəlir. Xarici ölkələrdən təklif olsa, düşünərik. Hazırda hədəfimiz yaxşı işlər görməkdir. Bu işlər gələcəyə yatırımdır. Tək istəyimiz tamaşaçının sevgisini itirməməkdir.

Könül İbrahim
Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlirlər

    Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlirlər ...

    18-02-2016, 15:16

  • 
  • Çağatay Ulusoyu görmək istəyən azərbaycanlılar özlərini bu hala saldılar

    Çağatay Ulusoyu görmək istəyən azərbaycanlılar ...

    8-01-2016, 18:58

  • 
  • 10 min dollar qazanmaq istəyənlər - BU FİLMƏ BAXIN VƏ QORXMAYIN!

    10 min dollar qazanmaq istəyənlər - BU FİLMƏ ...

    16-09-2014, 08:10

  • 
  • "Ailə qurmağa hazırlaşıram"

    "Ailə qurmağa hazırlaşıram" ...

    14-03-2016, 12:33

  • 
  • Fərda məşhur türk aktyorları ilə eyni filmdə - FOTO

    Fərda məşhur türk aktyorları ilə eyni filmdə - ...

    17-06-2016, 19:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu