Türkiyənin tanınmış aktyoru Çağatay Ulusoy rol aldığı “Delibal” filminin qala gecəsində iştirak etmək üçün Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində təqdimat mərasimində çıxış edən tanınmış aktyor təəssüratlarını bölüşüb: “Azərbaycanı çox sevirəm. Hazırda burda olduğuma görə şadam. Xəstə olduğum üçün Bakını gəzə bilmədim. Film çəkilişləri maraqlı keçdi, biz çox əyləndik. Tamaşaçıları sevə biləcəkləri sevgi filmi gözləyir". Ç.Ulusoyla birgə filmdə baş rol alan Leyla Lydia isə yenidənAzərbaycanda qonaq olmaq istədiyini deyib. " Bakını gəzdim, yeməklərinizdən də yedim. Çox gözəl şəhəriniz var. Yeməkləriniz də dadlıdır. Buranı çox sevdim. Yenidən Azərbaycana gəlmək istəyirəm".
Qeyd edək ki, tanınmış aktyorları Nizami Kino Mərkəzində izdihamla qarşılaşıb. Aktyorların azərbaycanlı pərəstişkarları onlarla şəkil çəkdirmək üçün bir-birlərini əziblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?