“Tam olaraq deyə bilmərəm ki, İlhamə xanım mənə görə Elza Seyidcahanla düşmən olub. Bəli, müəyyən səbəblər vardı... Amma əslində bizi tanış edən Elza xanım olub. Sonrakı vaxtlarda İlhamə xanım Elza xanımı mənim bir dostum kimi qəbul etmək istəmirdi. Buna görə də bizdə çox ciddi problem olurdu.”
"Gündəm Xəbər"in məlumatına görə, bunu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, ictimai xadim Hacı Quliyev “Lider” telekanalında yaımlanan rejissor-klipmeyker Nail Naiboğlunun “Klip+” verilişində yer alan “Qonağım” rubrikasında deyib.
H.Quliyev, N.Naiboğlunun suallarına cavab verərkən bildirib ki, bir müddətə qədər Azərbaycanın və Dağıstanın xalq artisti, mərhum sənətçi İlhamə Quliyeva ilə sıx dostluq əlaqələri olsa də, sonrada münasibətləri pozulub:
“İlhamə xanım hegemon xanım idi. O, xoşlayırdı ki, dostu yalnız onun olsun. Buna görə də bəzi səbəblərdən münasibətimiz qısqanclıq üzərində kökləndi və onu da açıqlayım ki, İlhamə xanım vəfat edən zamana qədər münasibətimiz yox idi.”
Xalq artisti Aygün Kazımova ilə münasibətində danışan H.Quliyev qeyd edib ki, İlhamə Quliyeva bu münasibətə də qısqanclıqla yanaşıb:
“Aygün Kazımova ilə İlhamə xanımın münasibətləri soyuq idi. Həmin vaxtlarda Elza Seyidcahanla birlikdə Aygün xanımın doğum günü qonaqlığına getmişdim ki, bu da İlhamə xanımın etirazına səbəb olmuşdu. Amma bütün bunlara baxmayaraq, keçən il yay ayında Aygün xanımın konsert layihəsini həyata keçirəndə mən o xanıma bir daha vuruldum. Aygün xanımı bir sözlə ifadə edə bilərəm: Aygün xanım həqiqətən də Ay Gündür!
Hər üçü də çox gözəl dostdur. Sadəcə olaraq, Elza Seyidcahanla daha yaxın, dərin köklərə əsəslanan sınanılmış dostluğumuz var. Aygün xanımla da çox gözəl dostluq münasibətimiz davam edir.”
Məlumat üçün bildirək ki, İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Bakıda İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib. "Gündəm Xəbər"
Sorğu
Yeni dizaynımız necədir?