Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva pərəstişkarlarını yeni mahnısı ilə sevindirəcək. Söhbət dinləyicilərə təqdim olunacaq "Sevdim" mahnısıdan gedir.
Musiqisi bəstəkar-müğənni Tunar Rəhmanoğluna, sözləri Mikayıl Hüseynova məxsus olan mahnının tanıtım çarxı hazırdır və internetdə yayılmaqdır.
Sürpriz ondadır ki, mahnının söz müəllifi Nazpəri xanımın prodüseri Mikayıldır. Qeyd edək ki, prodüserini doğması kimi qəbul edən xalq artisti bundan əvvəl də Hüseynovun qələmindən çıxan sözlərə mahnılar ifa edib.
Nazpəri xanımın yaradıcılığındakı yenilik bununla bitmir. Çünki o, məşhur "Dur gedək" mahnısını fərqli aranjemanda sevənlərinə təqdim etməyə hazırlaşır.
Ondan da xəbəriniz olsun ki, mahnı Ukraynadakı səsyazma studiyalarının birində hazırlanıb. Xalq artisti bu mahnını sinql kimi üzə çıxarmaq niyyətindədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?