Ötən gün gecə saatlarında Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində yerləşən "London" barında Azərbaycan əsilli müğənninin konserti zamanı atışma baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd olunur ki, bu gün səhər şəhər xəstəxanasından polisin növbətçi hissəsinə hadisə barədə məlumat daxil olub. Səhər saatlarında xəstəxanaya döş qəfəsindən odlu silah yarası almış 28 yaşlı gənc gətirilib. "Zapad" informasiya agentliyi yazır ki, münaqişə kafenin azərbaycanlı sahibi ilə direktoru arasında qeydə alınıb. Azərbaycanlı avtomobilindən yivsiz lüləli tüfəng götürərək havaya atəş açıb. Direktor isə cavabında onu travmatik tapança ilə hədəfə alıb. Mülkiyyətçi, öz növbəsində döyüş patronu ilə doldurulmuş tüfəngini insanların toplaşdığı əraziyə tuşlayıb. Nəticədə qarşı tərəf güllə yarası alıb. Bildirilir ki, gecə bara çoxlu sayda insanın toplaşmasına Azərbaycan əsilli 25 yaşlı müğənni Elbrus Canmirzəyevin çıxışı olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?