“Yujnıy” bazarının direktoru 60 yaşlı iş adamı Ənvər İbrahimov səhər saatlarında evinin qarşısında öldürülüb
Rusiyada daha bir azərbaycanlı qətlə yetirilib. Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının direktoru 60 yaşlı iş adamı Ənvər İbrahimov güllələnib. Hadisə aprelin 15-də Vodopyanova küçəsi 26 ünvanında baş verib. İş adamı evindən çıxaraq "Audi Q7" avtomobilinə tərəf yönlənərkən vurulub. Şahidlərin sözlərinə görə, səhər saat 07-radələrində atəş səsləri eşidiblər. Qatil hadisədən sonra qara maskalı arıq gənc maşına minərək uzaqlaşıb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Faktla bağlı "adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. Xatırladaq ki, bir necə gün öncə Krasnoyarskda odlu silahla başqa bir azərbaycanlı da öldürülmüşdü. Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev güllələnmişdi.
Sorğu
Yeni dizaynımız necədir?