Müğənnilər Sevil və Sevinc Səfərovalar prodüser Tarix Əliyevlə (Tolik) işbirliyinə son qoymalarının səbəbini açıqlayıblar.
gundemxeber.az bildirir ki, axşam.az-ın məlumatına görə, əkizlər bildirib ki, aralarında heç bir inciklik olmayıb:
"Biz Toliklə işdən əvvəl dostluq etmişik. Əsas odur ki, ayrılanda da dostluğumuzu qoruyub saxlayacağıq. Qonşuyuq, bağ evlərimiz də yan-yanadır. Tolikin işləri çoxdur. Ulduz prodüserlə çalışmaq çətindir. İşbirliyinə son qoymağa birlikdə qərar verdik. Başqa prodüserlə çalışmaq istəmirik. İndi Azərbaycanda tək prodüser Tolikdir. Bir də Vaqif Gərayzadə. O da bizimlə işləyər ki? O, öz ulduzlarını təqdim edib. Prodüserlər var, amma onlar toy bazarında çalışırlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?