GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA - General Flinn və 530 min dollar…

BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA - General Flinn və 530 min dollar…

Tarix: 29-05-2017, 19:09 Bölmə :Maqazin Baxış: 569
BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…


ABŞ prezidenti Donald Trampın keçid komandasının üzvü və daha sonra cəmi 22 gün onun milli təhlükəsizlik müşaviri işləmiş kəşfiyyat generalı Maykl Flinnin adı bu dəfə türkiyəli biznesmenlə evli olan azərbaycanlı seksual modellə hallanır. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Mother Jones” jurnalının araşdırmasında deyilir.

BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…


ABŞ hərbi kəşfiyyatının rəhbəri olmuş general Flinnin adı həm Rusiya ilə şübhəli əlaqələrdə, həm Türkiyə hakimiyyətinin lobbiçiliyini etmək üçün hökumətə yaxın iş adamından iri məbləğdə pullar almaqda hallanır. Xəbər verildiyi kimi Maykl Flinn milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl Trampın keçid komandasının üzvü kimi Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli telefon danışıqlarına görə istefaya məcbur olub. Həmin telefon danışıqlarında Flinn demişdi ki, Tramp səlahiyyətlərinin icrasına başlayanda Obamanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.

BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…


Habelə Maykl Flinn ABŞ-dakı prezident seçkilərindən əvvəl Moskvaya etdiyi səfər və “Rossia Today” telekanalının yubileyində prezident Putinlə yanaşı oturması ilə də tanınır. Flinn etiraf edib ki, bu iştiraka görə ona 45 min dollar ödəyiblər. Hazırda həm Konqresin xüsusi komissiyası, həm Federal Təhqiqatlar Bürosu Maykl Flinin həm Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik fəaliyyətini, həm Rusiya ilə əlaqələrini araşdırmaqdadır.
“Mother Jones” yazır ki, Flinnlə bağlı qalmaqalların içərisində onun ötən il Trampın seçki komandasının əsas müşavirlərindən biri olduğu halda Türkiyə hakimiyyətinin maraqlarının müdafiəçisi kimi çıxış edərək üst-üstə 530 min dollar aldığı daha çox diqqəti cəlb edir. Amerika qanunvericiliyinə görə xarici ölkələrin maraqlarını təmsil etmək qanunsuz deyil, bir şərtlə ki, lobbiçilik müqaviləsini vaxtında Ədliyyə Nazirliyində qeydiyyatdan keçirəsən. Flinn isə Türkiyənin xeyrinə lobbiçilik edəndə müqaviləni qeydiyyatdan keçirməyib.

BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…


Sənədlərə əsasən Flinni Türkiyə hakimiyyətinin xeyrinə lobbiçilik etmək barədə müqaviləni Hollandiya konsaltinq şirkəti “İnovo BV” ilə 2016-cı ilin avqustunda bağlayıb. Həmin firma Türkiyə-Amerikan Biznes Şurasının sədri Ekim Alptekinə məxsusdur. Müqaviləyə əsasən Flinn Pensilvaniyada mənzillənən və Türkiyə üçün “bir nömrəli terrorçu” statusunu daşıyan Fətullah Gülən barədə araşdırmalar aparmalı, kompromatlar toplamalı idi.
Lakin Alptekinin vəkilləri deyir ki, “İnovo BV” firması İsrailin “Ratio Oil Explorotion” qaz şirkətin təmsil edirdi və onun Flinnlə müqaviləsinin məqsədi İsrailin Türkiyəyə təbii qaz ixracı üçün lobbiçilik idi. Lakin bu ilin martında Alptekin özü jurnalistlərə açıqlamasında Flinnlə müqavilə bağladığını təsdiqləyib, bunun Türkiyə və regionla bağlı geosiyasi analiz aparmaq, Türkiyəyə investisiya qoymaq istəyən energetika şirkətləri üçün biznes mühitini araşdırmaq məqsədi daşıdığını deyib. Habelə Alptekin onun Hollandiyadakı firmasının Türkiyə hakimiyyəti ilə hər hansı əlaqəsinin olmadığını bildirib.

BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…


Lakin “İnovo BV” ilə bağlanmış müqavilə sayəsində ötən il sentyabrın 19-da Maykl Flinn Alptekinin Nyu-Yorkdakı “Essex House” otelində Türkiyədən olan rəsmilərin də iştirakı ilə təşkil etdiyi toplantıda olub. Həmin toplantıda Gülənin oğurlanmasından söhbət gedib. Hərçənd hər iki tərəf bunu təkzib edir.

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər “İnovo BV” firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti “Ratio Oil Exploration”un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.
Bəs Alptekinin arvadı kimdir? Jurnal yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin “Adrenalin” adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin). Həmin pop-qrupun YouTube-də 2012-ci ildə yerləşdirilmiş videoklipi cəmi 4387 dəfə izləyib. Nigar Alptekinin Tvitter bloquna isə cəmi 155 nəfər yazılıb.
Lakin internetdə Nigar Talıbovanın çoxsaylı açıq-saçıq, hətta lüt fotolarına rast gəlmək mümkündür. Bu gözəlçə ilə bağlı xəbərlər vaxtaşırı olaraq Azərbaycanın sarı mediasının da səhifələrində özünə yer tapır. Onun türkiyəli milyonçu Ekim Alptekinlə evlənməsi barədə xəbərlər də o cümlədən.

BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…


“Mother Jones” bildirir ki, Ekim Alptekin ötən həftə Amerika-Türkiyə münasibətlərinə həsr olunmuş konfransda iştirak etmək üçün Vaşinqtonda idi. Jurnalın əməkdaşı ondan Flinnə ödənilmiş pulların mənbəyi və arvadının bu işdəki rolu barədə soruşub, lakin biznesmen suallara cavab verməyib. Flinnin vəkili də məsələ ilə bağlı şərh verməkdən imtina edib.

“Ola bilsin Alptekin doğrudan da arvadının və İsrail energetika şirkətinin pullarını Flinnin xəlvəti lobbiçilik fəaliyyəti üçün ödəyib. Lakin həmin pulların mənbəyinin təsdiqlənməsi Flinnlə bağlı təhqiqat aparan FTB əməkdaşları üçün görüləcək işlərin siyahısındadır”-jurnal yazır.
Qeyd edək ki, son günlər Trampın və onun komandasının üzvlərinin Rusiya ilə şübhəli əlaqələrinə dair həm Konqresin kəşfiyyat komitələri, həm FTB tərəfindən aparılan təhqiqat dərinləşib. Senatın kəşfiyyat komitəsi Trampın seçki qərargahından bütün sənədləri, o cümlədən elektron yazışmaları və telefon danışıqlarını təqdim etməyi tələb edib.
Habelə xüsusi prokuror Robert Müller Trampın və ailə üzvlərinin son illərdə Rusiya ilə birbaşa və ya dolayısı ilə bağlı ola biləcək bütün biznes sövdələşmələrini araşdıracaq. Bu günlərdə təhqiqatın Trampın kürəkəni Cared Kuşneri də əhatə etdiyi açıqlanıb. Kuşner Trampın prezident səlahiyyətlərinin icrasına başlamasından əvvəl Rusiya səfiri Sergey Kislyakla iki dəfə görüşüb, habelə telefonla danışıb. Bu müzakirələrdə Trampın komandası ilə Rusiya arasında xüsusi xidmət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da onun müşaviri olacaq

    Tramp ailə hakimiyyətini möhkəmlədirir:Qızı da ...

    31-03-2017, 10:39

  • 
  • ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirdi

    ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirdi ...

    2-02-2017, 23:10

  • 
  • ABŞ-ın 6 strukturu Tramp-Rusiya əlaqələrini araşdırır

    ABŞ-ın 6 strukturu Tramp-Rusiya əlaqələrini ...

    21-01-2017, 23:41

  • 
  • Ərəb biznesmen Trampın evli qızına elçi düşdü - Video

    Ərəb biznesmen Trampın evli qızına elçi düşdü - ...

    22-05-2017, 16:33

  • 
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu