Müğənni Rəqsana İsmayılovanın qızı Aysun moda evi açmaq niyətində olduğunu açıqlayıb.
Missiya.Az xəbər verir ki, Aysun 15 yaşından moda evi açmaq istədiyini bildirib.
«15 yaşımdan moda evi açmaq istəyirdim. Tam professional olmadan başlamaq istəmədim. Deyərlər ki, uşaqdı. O söz deyilməsin deyə vaxtı uzatdım. Universiteti də bitirmişəm. Əlavə kurslara da getmişəm. Mənim işim modelyerlikdir. Onu da davam etdirəcəm».
Aysun anasının ona qadağa qoyub-qoymaması barədə də danışıb. «Anamın mənə hər hansı qadağa qoyduğu ağılıma gəlmir. Mən anamla dost kimiyəm. Heç bir hərəkətimə qadağa qoymur. Elə bir şey yoxdu ki, mən onu etsəm nəsə olar. Amma nəsə etməmişdən əvvəl soruşuram.
O sosial şəbəkələrdə mənfi rəylər yazanları blok etdiyi bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?