Məşhur müğənni Tarkan Azərbaycanda keçirilən “Formula-1” Qran Prisinin açılış mərasimində iştirak etmək üçün Bakıya gəlib.
Müğənni geri qayıdarkən Atatürk Hava Limanında həyat yoldaşı Pınar Tevetoğlu ilə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Müğənni bayram günlərində tətilə getməyəcəyini, yeni konsertə hazırlaşacağını deyib.
“Yeni sürprizlər varmı?” sualına gəlincə isə, Tarkan bildirib ki, yeni mahnılar yazmağı planlaşdırır.
Meqastar həyat yoldaşının hamilə olması ilə bağlı iddianı da cavabsız buraxmayıb: “Hamilə deyil, uşaq istəyirik, amma hələ elə bir şey yoxdur. Olsa deyərdim”.
Sorğu
Yeni dizaynımız necədir?