Məşhur müğənni Tarkanın ölümü barədə bir həftədən artıqdır ki, sosial şəbəkədə yayılan "xəbər" minlərlə istifadəçinin bilgisayarını sıradan çıxarıb. Xəbər həddən artıq maraq kəsb etdiyindən, minlərlə istifadəçinin diqqətini çəkib və nəticədə kompüterləri virusa yoluxub.
gundemxeber.az xəbər verir ki, "Tarkan öldü! Son dəqiqə xəbəri" başlığı ilə paylaşılan bu virus ilk dəfə 2011-ci ilin dekabrında dövriyyəyə buraxılıb. Son 10 gündə isə yenidən aktivləşdirilib.
"Xəbər"ə qəza ilə bağlı foto da əlavə edildiyindən daha çox diqqət çəkib.
Xatırladaq ki, bir müddət əvvəl Feysbuk sosial şəbəkəsində "İbrahim Tatlısəs öldü" adı ilə virus yayılmışdı. Və bunun nəticəsində onminlərlə Feysbuk istifadəçisinin komputeri virusa yoluxmuşdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?