2 yaşlı Zəhra Quliyevanın erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə bəzi türkiyəli məşhurlar reaksiya veriblər.
Gündəm Xəbər bildirir ki, müğənni Hadisə Zəhranın fotosunu paylaşaraq kədərini bölüşüb: “Canım yanır... 2 yaşlı bir körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm”. Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?