[/center] İyunun 23-də Bakıdakı özəl klinikalardan birində əməliyyat nəticəsində vəfat edən 21 yaşlı model Leyla Oruclunun əməliyyata girməzdən əvvəl çəkdirdiyi son fotolar üzə çıxıb. Gündəm xəbər Lent.az-a istinadən xəbər verir ki, fotoları gənc qızın anası qızının vəfatından sonra onun telefonunda aşkarlayıb. Həmin görüntüləri təqim edirik. Fotolarda onun telefonu, çarpayının üstünə qoyduğu pul və gözündəki qorxu açıq görünür. Qeyd edək ki, modelliklə məşğul olan Leyla iyunun 22-də ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız komaya düşüb və iki gün sonra vəfat edib.
Sorğu
Yeni dizaynımız necədir?