Apreldə əkiz uşaqlarını dünyaya gətirən aktrisa Başak Sayan dayə axtarışındadır.
O, dayələrin tələb etdiyi fantastik rəqəmlərdən bezərək sosial şəbəkədə bu barədə yazıb:
"Uşaqlarla bağlı hər şey inanılmaz bir sahəyə çevrilib. Dünyanın ən böyük iqtisadiyyatı uşaq məhsullarından formalaşır... Ən qəribəsi isə dayələrdir. Doğuşdan əvvəl, "Ən çətin bu olacaq" demişdilər, inanmırdım. İki ay yarım keçsə də, dayə tapa bilmirəm, artıq özüm ustalaşmışam bu işdə. Elə rəqəmlər deyirlər ki, adamın ağzı açıq qalır. Məndən 9 min lirə istəyən bir dayə vardi hətta. O da guya endirim etmişdi. Düzdür, zəhmət çəkir, amma bu rəqəmlər sanki zarafatdır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?