Ailem.az-ın “O...” layihəsinin suallarına bu dəfə müğənni Xatirə İslam cavab verir.
- Evdə, yoxsa səhnədə daha rahatsınız? - Mənim üçün birinci ailəm, evim, uşağımdır.
- Oğlunuza nəyi məsləhət görərdiniz? - Atası kimi olsun, bəsdir.
- Yoldaşınızı, yoxsa oğlunuzu daha çox qısqanırsınız? - Qısqanclıq zəiflikdir. Heç onu ağlıma da gətirmirəm.
- Bu yaxşı xasiyyətdir, sizcə? - Bilmirəm, amma mən beləyəm (gülür).
- Kişiyə nəyi yaraşdırmırsınız? - Ailəsinə, arvadına xəyanət eləməyi yaraşdırmıram. Bəzi kişilər var, içib evə gəlir, arvadını döyür, buna necə kişi deyəsən? Bəziləri də var, qazandığı pulu evə aparmaqdansa, sağa-sola, əyləncəsinə xərcləyir. Belə şeyləri yaraşdırmıram.
- Evli olmağın nəyi yaxşıdır? - “Krısalaşırsan” (gülür).
- Çox bədxərcsiniz? - Əvvəllər eləydim. Yığıb dost-tanışı aparırdım başqa ölkələrə tətilə, nədir-nədir ki, bir az deyib-güləcəm. Amma o doqquz ay ki mən evdə oturdum, biri də yanıma gəlmədi. Mənə dərs oldu. İndi çalışıram bir az qənaət edim, bədxərc olmayım.
- Əzizova, Musazadə, yoxsa İslam? - Xatirə İslam kimi sevilmişəm.
- “Qadının yeri mətbəxdir” deyənlərə cavabınız nə olardı? - Kişinin yeri haradır görəsən? Yataq otağı? Evi bölmək nə deməkdir? Mən belə şeyə qarşıyam, qadının yeri sevdiyi insanın yanıdır.
- Bu daha çox məsuliyyət demək deyil? - Bilirsiniz, uşaq adamı hərdən elə əsəbləşdirir, özümü güclə saxlayıram ki, nəsə etməyim. Fikirləşirəm ki, yerimə dayə olsa, nə edər? Yad adamdır da. Nənə həm də çox səbrli olur.
- Uşaq nə edir ki, əsəbləşirsiniz? - Dayanmadan qışqırır. Əsəbləşirəm.
- Bəlkə müğənni olmaq istəyir? - Anası kimi oxumaq barədə “dili uzun” olacaqsa, niyə də olmasın?!
- Məşhur olmaq, yoxsa olmamaq? - Olmaq xoşuma gəlir.
- Hərb, yoxsa sülh? - Sülh.
- Sülh olsa yoldaşınız işsiz qalar... - Eybi yox, təki evlərə tabutlar, meyitlər gəlməsin. Düzdü, ərim deyir, belə danışma, amma mən sülh istəyirəm.
- Şəxsi büdcə, yoxsa sponsor? - Əlbəttə, şəxsi büdcə. Mən sponsor zad bilmirəm.
- Xoşbəxt olmaq üçün nə lazımdır? - Gözəl bəxtin olmalıdır.
- Bəxtiniz gözəldir? - Mən naşükür deyiləm. Bütün var-dövlətim ailəm və uşağımdır.
- Tətil deyəndə ağlınıza nə gəlir? - Yemək, yaxşı otel... Bu sualı yoldaşıma versəydiniz, deyərdi muzey. Onun yanında Antalyanın adın çəkə bilmirəm. Deyir, o nə istirahətdir, otelə girib heç yerə çıxmırsan?!
- “İndiki ağlım olsaydı...” cümləsini necə tamamlayardınız? - Bəlkə hər şey başqa cür olardı. Bəzi adamlara lazımından çox qiymət vermişəm, gərək daha diqqətli olardım.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?