Türkiyənin məşhur modeli Ebru Şallının evli kişi ilə sevgi yaşaması şou gündəmini zəbt edib.
Oun Bodrumda eşq yaşadığı iş adamı Uğur Akkuşun xanımı Gonca Akkuş Posta qəzetinə yenidən müsahibə verib. Gonca ötən gün mətbuata verdiyi açıqlamadan sonra ərinin ona zəng vurduğunu söyləyib:
"Elə pis olmuşam ki... Sistem vururlar, müalicə alıram. Uğur bir il əvvəl məni döymüşdü, məhkəməyə verdim. Uşaqlarımın xətrinə onu bağışladım. Bir müddətdir ki, evə gəlmirdi. Demək ki, bu dövrdə Ebru ilə sevgili olub. Uğur mənə zəng vurdu, ona tələ qurulduğunu söylədi. Heç inandırıcı deyil. Bəlkə də, reklam olunmaq istəyir. Bir ailə dağıldı, utanmazlar! Ebru xanım Uğurun onu sevdiyini düşünürsə, yanılır".
Gonca Akkuşun bu müsahibəsindən sonra Uğur Akkuş və Ebru Gündeş ortaq açıqlama yayıb.
Onlar üç aydır ki, sevgili olduqlarını söyləyiblər: "Biz bu açıqlamanı yaymaq məcburiyyətində qaldıq. Üç aydır ki, səviyyəli, dürüst bir münasibətdəyik. Zamanı gələndə hər şeyi danışacağıq. Ancaq 3 il əvvəl bitən bir evlilik olub və boşanma prosesi davam edir". Bu arada bildirək ki, G.Akkuş ərindən 4 aylıq hamilə olduğunu açıqlayıb./qafqazinfo
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?