17 dekabrda həyata keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın həyat yoldaşı müğənni Ebru Gündeş “O SesTürkiye” yarışmasının münsiflər heyətini tərk edəcək. AzNews.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yer alıb.
E.Gündeşin proqramı tərk etməsinin səbəbi həyat yoldaşının saxlanmasından sonra keçirdiyi ruhi sarsıntıdır. Bəzi məlumatlara görə, proqramın gələn həftə yayımlanacaq bölümü artıq çəkilib. Ancaq buna baxmayaraq E.Gündeş proqramdan ayrılmağı qərara alıb və bu qərarı həftə sonu elan edə biləcəyi vurğulanır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?