Ötən gün “Hadi İnşallah” filminin qala-gecəsində iştirak etmək üçün paytaxtımızda qonaq olan türkiyəli məşhurlar şəhərimizi də gəziblər.
ANS PRESS-in məlumatına görə, ötən gün Nizami Kino Mərkəzində qala gecəsi keçirilən “Hadi İnşallah” filminin baş qəhrəmanları canlandıran olan aktrisa Büşra Pekin soisal şəbəkədə Bakı haqqında təəssüratlarını bölüşüb.
“Bakı tamaşaçısına aşiq olduq. Gülüş səsiniz hələ də qulağımızdadır. Yaxşı ki, gəlmişik. Təşəkkürlər, salamlar” deyə o, paylaşdığı fotoşəkildə yazıb.
Aktrisanın azərbaycanlı sosial şəbəkə izləyiciləri onu yenidən ölkəmizdə görmək istəyində olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Büşra Pekin Azərbaycan tamaşaçısına “Çok Güzel Hareketler Bunlar” verilişində oynadığı "stand-up" şoulardan tanışdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?