Xəbər verildiyi kimi, "Beşiktaş"ın prezidenti Fikret Ormanın yeni sevgilisi azərbaycanlıdır.
gundemxeber.az qaynarinfo-ya istinadla xəbər verir ki, klub rəhbəri 2012-ci ildə həyat yoldaşı Sedef Ormandan boşanıb. Ülviyyə Aleks kimi tanınan, əsl adı Ülviyyə Əhməd olan xanım əslən azərbaycanlıdır və Bakıda doğulub. 30 yaşlı xanım İstanbula yaxın dostu olan "Affair" markasının qurucusu, azərbaycanlı iş model Rüfət İsmayılın sayəsində yollanıb. O, İstanbulun Cihangir bölgəsində yaşayır. Bildirilir ki, Ülviyyə Əhməd qaldığı evin kirayə haqqını çətinliklə ödədiyi bir vaxtda Fikret Ormanla tanış olub və həyatı bir anda tamamilə dəyişib. Ülviyyə Əhmədin 6 yaşlı Selin adında bir qızı var. Uşaq atası ilə yaşayır və tətillərdə anasının yanına yollanır. İdmana marağı ilə seçilən modellə vurulan Fikret Orman onu "Beşiktaş"ın oyunlarına aparır. Ülviyyə Əhməd onunla tanış olduqdan sonra Amsterdam, Mikonos, Zaqreb, Milan, Kote-D'azur, Dubay kimi yerlərdə istirahət edib.
Sorğu
Yeni dizaynımız necədir?