İstanbulun Beşiktaş səmtindəki lüks oteldən iki cəsəd tapılıb.
gundemxeber.az "Haberler"ə istinadla bildirir ki, İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silah yarası almış 1 qadın və 1 kişi meyiti aşkar edilib. Cəsədlərdən birinin tanınmış türk aparıcı, aktyor və yazar Vatan Şaşmaza aid olduğu deyilir.
Onu silahla keçmiş sevgilisi Filiz Aker odlu silahla vurub. Daha sonra öz başına atəş açaraq intihar edib.
Bildirilir ki, bir neçə aydır otleda qalan sevgililər dava etməyə başlayıb. Oteldən çıxmaq istəyəndə aktyoru sevgilisi kürəyindən atəş açıb.
Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları cəlb olunub. Cinayətlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Vatan Şaşmaz 1974-cü ildə doğulub. O, "Çocuklar duymasın", "Dudaktan kalbe" kimi məşhur seriallara çəkilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?