Aktrisa Şeylin Vudli dərgilərdən birinə müsahibə verib.
24 yaşlı aktrisa ötən il həbsxanada keçirdiyi günlərdən danışıb. Ötən ilin oktyabr ayında Dakotada baş verən hadisələrə qarşı mitinqdə iştirak edən Şeylin 3 aylıq həbsxana həyatını belə yada salıb:
“Əlimə qandal vurdular və məni polis bölməsinə apardılar. Məni soyundurdular. Tamamilə çılpaq oldum. Üzərimdə narkotik maddə olub-olmadığını yoxlayırdılar. Hər yerimə əl gəzdirdilər. Bu, dəhşət idi. Sonra əlimdən telefonu aldılar. 3 ay heç kiminlə əlaqə qura bilmədim. Özümə “Axırı necə olacaq?” kimi suallar verirdim. Başa düşdüm ki, həbsxanaya girdinsə, geriyə yol yoxdur. Səni orada alçaldırlar, başına min oyun açırlar, amma qapılar bağlı...”.
Vudli dəhşətli günləri unutmasa da, amma sənətinə davam etdiyini vurğulayıb. O, hazırda “Adrifft” adlı filmə çəkilir. Yeni Zerlandiyada çəkilən ekran işində Şeylinin tərəf müqabili Sem Klafflindir.
Qeyd edək ki, Ş.Vudli baş rollarını aktyorlar Tomas Ceyn və Yeva Qrinlə paylaşdığı “White bird in a Blizzard” adlı filmindəki sevişmə səhnələri ilə daha çox yadda qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?