Aktrisa Şeylin Vudli baş rollarını aktyorlar Tomas Ceyn və Yeva Qrinlə paylaşdığı “White bird in a Blizzard” adlı filmdəki sevişmə səhnələri haqda danışıb.
Sənətçi valideynlərinin həmin səhnələri çox bəyəndiyini deyib: “Anam və atam filmi izlədi. Xoşlarına gəlməyəcəyini, əsəbləşəcəklərini fikirləşirdim. Amma əksinə, həmin səhnələri çox bəyəndilər".
Şeylin bu cür cəsarətli səhnələrdə oynayarkən heç bir narahatlıq keçirmədiyini deyib: "Bu, dəli bir hissdir. Amma mən o səhnələr çəkilərkən özümü çox rahat hiss edirdim. Bədənlərimizdə makiyaj yox idi. Onsuz da makiyaja kimin ehtiyacı var ki? Mən 22 yaşındayam. Sinələrim gözəldir, hər hansı bir estetik əməliyyata ehtiyac yoxdur". (axsam.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?