GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Biləsuvar gömrüyündə məni zorlamaq istədilər”

“Biləsuvar gömrüyündə məni zorlamaq istədilər”

Tarix: 26-01-2015, 20:19 Bölmə :Ölkə Baxış: 0
“Biləsuvar gömrüyündə məni zorlamaq istədilər”

İlahə Ələkbərova ad-soyadlı qadın İrandan gələrkən gömrükdə üzləşdiyi olaylar haqda redaksiyaya şikayət etdi; “Məni narkotik ittihamı ilə təhdid etdilər, əxlaqsızlıqla üzləşdim. Kişi işçilər məni lüt soyundurub təhqir edirdilər...”

Yanvarın 22-də axşam saatlarında Biləsuvar gömrük məntəqəsində zorakılıq hadisəsi baş verib. Həmin gün İrandan qayıdan Bakı şəhər sakini Ələkbərova İlahə Rafiq qızı müsavat.com-a verdiyi açıqlamasında bildirir ki, məntəqədə ona əxlaqsız təklif ediblər, təhqirə məruz qoyublar. Şikayətçi başına gələnləri belə nəql edir: “İrana alver məqsədi ilə getmişdim. Banklara borcum olduğundan evimi sataraq, borclarımı ödəmişəm.

Hazırda kirayədə qalıram. Əlimdə bir az pul var idi. Fikirləşdim ki, alver edib 1-2 sot torpaq alaram. Mal gətirmək üçün 3 dəfə İrana gedib-gəlmişəm. Heç birində ciddi yoxlanılmadım. Ərzaqlarım belə alınmadı. Axırıncı dəfə gələndə məntəqədən hamı keçdi, məni axıra saxladılar. Yoxlanış zamanı dedilər ki, səni narkotika görə saxlayırıq. Bütün gətirdiyim ərzaqları aldılar. 85 manat da pulumu. Məni bir otaqda lüt soyundurdular. Amma narkotik tapılmadı. Həkim yoxladı, dedi heç nə yoxdur. Amma gömrükçülər yenə dedilər ki, narkotik var, özü də içərimdə. Hətta mənə dərman içirtdilər ki, qaytarım. Bu nə deməkdir? O boyda gömrük məntəqəsinin narkotiki müəyyən etmək üçün iti, cihazları, həkimi belə yoxdur. Kimsəsiz kimi məni oradan bura apardılar, buradan ora.

Bu məntəqədə insanların ailələrini dolandırmaq üçün gətirdikləri əşyalar alınır. Bir-birinə göz vururlar ki, bu qədər məbləğdə pul al, yaxud ərzağı vermə. Mənə dedilər ki, guya yuxarıdan yoxlanış gəlib məni yoxlamaq üçün. Oğlum əsgərlikdədir. İki övladım da azyaşlıdır. Alver edib evimin kirayə haqqını ödəməliyəm, üstəlik ailəmi saxlamalıyam. Narkotik alverçisi olsaydım, evimi satmazdım. Məni orada təhqir etdilər, kişilər qarşısında təhqir olundum. İrandan təmiz keçib, ölkəmizdə bu cür hallarla qarşılaşıramsa, bu, dəhşətdir. Məntəqədə onlar pul yemək üçün oturublar. Millətin ləyaqətini alçaldırlar. 5-6 kişi məni küçənin ortasına apardı ki, boynuna al narkotik olduğunu. Həkim isə deyirdi ki, bu insanda heç nə yoxdur”.

İlahə Ələkbərova əxlaqsızlıqdan zorla qurtulduğunu bildirdi: “Mənə dedilər ki, qəşəng xanımsan, niyə belə vəziyyətdə İrana gedirsən? Dedim ki, başqa necə getməliyəm? Rüşvət istədilər, əxlaqsızlıq təklif edib deyirlər ki, gələn dəfə gələndə sənin üçün yaşıl işıq yandıracağıq. Gömrük məntəqəsinin rəhbərliyi görmür ki, əməkdaşlarının bu hərəkətini? 6 nəfər düşüb üstümə deyir ki, zorla boynuna al narkotik olduğunu. Dəhşətli bir şey idi. Kişilər məni soyundurub hər yerimi yoxlayırdılar. Bu, əxlaqsızlıq idi. Qadın üçün ən böyük təhqir sayıla biləcək hərəkətləri başıma gətirdilər. Özlərinin yoxlama aparatları olmalıdır, lüt, anadangəlmə soyundurmalı deyillər. Çox şeyi utandığımdan deyə bilmirəm. 3 gündür şok vəziyyətdə yatıram. Orada ”Ağbaş" ləqəbli Elşən adlı bir kişi var, insanların başına oyun açır. Məntəqənin işçiləri özlərinə “Kurtlar vadisi” deyirlər. Ona uyğun özlərinə ad qoyublar. İnsanların qanını içirlər. Hər keçən adamdan 50-100 manat arası pul alırlar. İnsanların ərzaqlarını min cür bəhanə ilə qaytarmırlar. Məntəqə işçiləri sərhəddə qanunsuz olaraq saxladıqları ərzaq məhsullarını öz ailələrinə aparırlar. Neçə sənədə qol çəkdirdilər. Heç birini mənə göstərmədilər. Gömrükdən çıxanda işçiyə dedim ki, aidiyyəti orqanlara müraciət edəcəm. Oğlum yaşında olan işçi mənə əli ilə əxlaqsız işarələr göstərdi. Başıma oyun açacaqlarını bildirdi".

Şikayətçi dedi ki, gömrükdə canını qurtarmaq üçün guya jurnalist olduğunu deyib: “Gördüm ki, artıq bunlar məni ləkələyə bilərlər. Gecə olduğundan orada tək qalmışdım. Yalandan jurnalist olduğumu söylədim. Bundan sonra qorxdular. Jurnalist olduğumu deməsəydim zorlanacaqdım. Sonda sənədlərimə baxan bir insaflı gömrük işçisi mənə dedi ki, səni öncədən gözaltı etmişdilər. Mən susmayacam. Bununla əlaqədar aidiyyəti orqanlara müraciət edəcəm. Bütün namuslu insanlardan kömək istəyirəm. İrandan aldığım əşyaları belə qaytarmırlar”.
Yazıda adı keçən qurumun və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Cavanşir ABBASLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

    İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: ...

    4-12-2014, 10:49

  • 
  • "Həmişə deyirdi ki, məni anamın yanında dəfn edin"

    "Həmişə deyirdi ki, məni anamın yanında dəfn ...

    25-02-2016, 16:17

  • 
  • Astara gömrüyünə kartofa əlavə «haqq»

    Astara gömrüyünə kartofa əlavə «haqq» ...

    23-12-2013, 03:56

  • 
  • İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb

    İrandan Azərbaycana narkotik qaçaqmalçılığının ...

    30-04-2018, 13:55

  • 
  • İkinci dəfə evlənən Hüseyn: "Hamı məni təhqir etdi"

    İkinci dəfə evlənən Hüseyn: "Hamı məni ...

    11-03-2021, 20:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu