Sibel Can balkonda alt paltarında çəkilən şəkillərindən danışıb.
“Sevda bahçesi” adlı serialda baş rolda çəkilən ulduz “Hurriyet”ə müsahibə verib. O, müsahibəsində balkonda yarıçılpaq çəkilməsindən xəbərsiz olduğuna işarə edib. Müğənni “Xəbərim yox idi desəm... Xəbərim vardı, desəm... Vardı deyənlər fikirlərini dəyişdirərmi, sizcə” , - deyə cavab verib. Daha sonra ifaçı tez-tez kökəlib arıqlaması haqqında yazılan xəbərlərə də münasibət bildirib: "İllərdir ki, Sibel Can kökəldi, Sibel Can arıqladı başlıqlı xəbərlər çıxır. Bunlara heç vaxt hirslənməmişəm. Arıqlamağa çalışan milyonlarla insan və 30 ildir səhnələrdə olan Sibel Can. Oxunmalı ən gözəl xəbərdir". Xatırladaq ki, müğənni ilk dəfə 1996-cı ildə, 26 yaş olanda hovuza girərkən bikinili görüntülənib. Eyni hadisə müğənninin bu yay da başına gəlib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?