Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova haqqında gözlənilməz açıqlama verib.
Müğənni “Zarafat-zarafat” verilişində “Maş-maç, quç-quç” mahnısının əslində onun üçün yazıldığını deyib:
"1990-cı illərin sonu idi. Gülçöhrə Şəfiyeva Heydər Əliyev Sarayında baş rejissor işləyirdi. Onun otağında müəllif mahnını zümzümə etdi, dedi oxu. Mən də dedim, məmnuniyyətlə. Sonra müəlliflə aramız dəydi, özü oxudu. Mən məişətlə sənəti qarışdırmıram, üz-üzə qoymuram. Günahkar bizik, şeytandır bilmirəm. Ünsiyyətdə olmadığım insanların sənətinə xələl gətirəcək söz demirəm".
F.Ağayev daha sonra sözügedən mahnını səsləndirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?