Beynəlxalq "Formula-1" avtoçempionatının sahibi Berni Ekklstounun qızı Tamara Ekklstounun toyu olub. O, Cey Ratlendə ərə gedib. Fransada Rivyeranın ən bahalı otelində təşkil edilmiş toy 15 milyon dollara başa gəlib.
Toy çimərlik ziyafəti stilində idi və bəylə gəlin də çimərlik paltarlarında idilər.
150 qonaq arasında Şon Konneri, Rosi Hantinqton-Uaytli, Nikola Roberts və Ceyson Stethem də vardı. Dəvət edilmiş müğənnilər isə Elton Con, Kelvin Harris və Mark Ronson idi.
Dünən axşam təzə bəylə gəlin Fransanın cənubuna yollanıblar. Onlar üç gün toy ziyafətində olacaq, sonra isə "bal ayı"na çıxacaqlar.
Tamara Ekklstounun atası Berni Ekklstoun qonaqlar üçün oteldə 73 nömrə almışdı və bunun üçün 800 min dollar xərcləmişdi.
Fransız Rivyerasının ən bahalı və dəbdəbəli otelindəki toy zamanı 30 dəqiqəlik atəşfəşanlıq və Elton Conun ifası üçünsə 4 milyon dollar ödənmişdi.
Tamarının kiçik bacısı Petranın İtaliyadakı toyu üçünsə 15 milyon dollar ödənmişdi
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?