Bankının rəsmiləri Zaqatalaya gəlib və pulun sahibinin varisləri ilə görüşüb
100 il əvvəl bir İsveçrə bankına bir miqdar pul qoyan Zaqatala sakini bu günlərdə həmin pulun faizinin yığıldığını bildirən xoş xəbər alıb. Aznews.az-in məlumatına görə, bu barədə Müsavat Partiyası başqanının müşaviri, əslən Zaqataladan olan Mustafa Hacıbəylinin özünün sosial şəbəkədəki hesabında yazıb. Onun sözlərinə görə, həmyerlimiz İsveçrə bankından nə az, nə çox, tam 75 milyon dollar faiz pul alacaq.
Məlumata görə, artıq İsveçrə bankının rəsmiləri Zaqatalaya gəlib və pulun sahibinin varisləri ilə görüşüb. Gözlənilir ki, sənədləşdirmə işləri yekunlaşdıqdan sonra Zaqatalalı həmyerlilərimiz İsveçrə bankından 75 milyon dollar alacaqlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?