GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Oğluna toy etmək istəyən astaralı anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra...

Oğluna toy etmək istəyən astaralı anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra...

Tarix: 13-10-2017, 16:27 Bölmə :Maqazin Baxış: 437
Oğluna toy etmək istəyən astaralı anadan AĞLASIĞMAZ HƏRƏKƏT: yad kişi ilə sevişdi, sonra...


Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kəndində anadan olmuş 1972-ci il təvəllüdlü Fəxriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, Fəxriyyə Hüseynova özgə əmlakını ələ keçirmək niyyətilə 1 oktyabr 2015-ci il tarixdə, saat 10.00-da Qazax şəhər H.Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gəlib.

O, yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızıl zinət əşyalarını evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini mağaza sahibi Oktay Kazımova deyib.

Dələduzluq

Fəxriyyə Hüseynova Oktay Kazımovu inandıraraq etibarını qazanıb və bir ədəd 13,6 qram çəkidə 550 manat dəyərində qızıl sırqa-üzük, bir ədəd 15 qram çəkidə 550 manat dəyərində briliyant qaşlı klonu ilə birlikdə qızıl boyunbağı, bir ədəd 3 qram çəkidə 150 manat dəyərində qızıl kişi üzük, bir ədəd 10 qram çəkidə 500 manat dəyərində qızıl boyunbağı götürüb.

Oktay Kazımovun sonradan etdiyi müraciətlərə baxmayaraq Fəxriyyə Hüseynova aldığı qızılların pulunun verilməsindən imtina edib və aldatma yolu ilə onun 1750 manat dəyərində əmlakını ələ keçirib.

Satıcını necə inandırdı?

Bundan başqa Fəxriyyə Hüseynova həmin ilin oktyabrın 1-də saat 11.00-da Qazax şəhər Heydər Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gələrək yenə də eyni rolu oynayıb. O, yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızıl zinət əşyalarını evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini mağazada satıcı işləyən Minayə Məmmədovaya bildirib. O, Minayə Məmmədovanın inandıraraq etibarını qazanıb.

Fəxriyyə Hüseynova mağazanın satıcısından bir ədəd 45 qram çəkidə 1450 manat dəyərində qızıl boyunbağı və bir ədəd 10 qram çəkidə 550 manat dəyərində qızıl qolbağı götürərək gedib. O, satıcının müraciətlərinə baxmayaraq apardığı qızılları geri qaytarmayıb. Bu yolla Minayə Məmmədovaya 2000 manat dəyərində ziyan vurub.

Qeyri-rəsmi yaşadığı kişini qarət etdi

6 oktyabr 2015-ci il tarixdə, saat 09.00-da Fəxriyyə Hüseynova qeyri-rəsmi nikah münasibətində olduğu Qazax rayon Canallı kəndində yaşayan Nazim Hüseynovun evində yaşadığı müddətdə ona qarşı da dələduzluq edib. O, Nazim Hüseynovun mülkiyyətində olan üç ədəd hər biri 10 qram çəkidə, ümumi dəyəri 600 manat olan qızıl üzük, bir ədəd 200 manat dəyərində “Kreker” markalı avtomobil yuyan aparat və bir ədəd 100 manat dəyərində “Soni” markalı fotoaparatı götürüb. O, Bununla da Fəxriyyə Hüseynova qeyri-rəsmi yaşadığı Nazim Hüseynovun 900 manat dəyərində əmlakını ələ keçirib. Fəxriyyə Hüseynova zərərçəkmişlərin şikayətindən sonra həbs edilib.

Üç maddəli cinayət işi və cəza

Fəxriyyə Hüseynova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələrilə ittiham olunub.

Qazax rayon Məhkəməsinin hökmü ilə Fəxriyyə Hüseynova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəxriyyə Hüseynova apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi prosesdə araşdırılıb.

“Heç kimə qarşı dələduzluq etməmişəm”

Fəxriyyə Hüseynova apelyasiya şikayətində göstərib ki, heç kəsi aldatmaq fikri olmayıb və heç kimə qarşı dələduzluq etmyib: “Qızılları götürməkdə məqsədim həqiqətən oğluma toy etmək olub. Lakin sonradan oğlumun xəstəliyinə görə əldə etdiyim pulları onun müalicəsinə xərcləmişəm. Zərərçəkmişlərdən Oktay Kazımov və Nazim Hüseynov mənə qarşı şikayətçi deyillər. Məhkəmə işin bu hallarını nəzərə almayıb. Hazırda oğluma baxan yoxdur. Barəmdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyirəm. Baş verənlərdən peşmanam, həbsdən azad olunaramsa, zərərçəkənlərlə razılıq əldə edəcəm. Onlara dəymiş ziyanı ödəyəcəm. Vəziyyətimin yüngülləşdirilməsini, barəmdə şərti cəza təyin edilməsini xahiş edirəm”.

Dövlət ittihamçısı Qalib Rizvanov müdafiə tərəfinin apelyasiya şikayəti ilə razılaşmayıb. O, qeyd edib ki, Fəxriyyə Hüseynovanın apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

Dövlət ittihamçısı qeyd edib ki, Fəxriyyə Hüseynovanın ona qarşı irəli sürülən digər ittihamlarla nəzərdə tutulan əməlləri törətməsi sübut olunub: “Onun təqsirli olması özünün ifadələri ilə yanaşı, həmçinin istintaq orqanının topladığı çoxsaylı sübutların məcmusu ilə tamamilə təsdiqini tapıb. Təyin edilən cəza işin hallarına, əməlin ictimai təhlükəliliyinə, məhkumun şəxsiyyətinə tam uyğundur”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Fəxriyyə Hüseynovanın apelyasiya şikayəti təmin olunmayıb. Amma ona təyin edilmiş hökm dəyişdirilib.

Yeni hökmə əsasən, Fəxriyyə Hüseynovanın barəsində olan Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə itttihama xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qızılları götürməkdə məqsədim həqiqətən oğluma toy etmək olub”

    “Qızılları götürməkdə məqsədim həqiqətən oğluma ...

    29-09-2016, 16:17

  • 
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Mingəçevirdə həkimin evindən çoxlu pul və qızıl apardılar

    Mingəçevirdə həkimin evindən çoxlu pul və qızıl ...

    1-12-2015, 13:13

  • 
  • Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlandı

    Bakı sakininin evindən 17 min manat pul və 20 min ...

    1-12-2016, 19:48

  • 
  • ​ Mənzildən 15 min manatlıq qızıl oğurlandı - BAKIDA

    ​ Mənzildən 15 min manatlıq qızıl oğurlandı - ...

    16-08-2017, 17:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu