Ötən gün "5/5" verilişində Zaurun qonaqlarından biri Sevda Sanaliyeva olub.
Rəqqasəlikdən müğənniliyə keçən Sevda Zaurun gözlənilməz ifadələri ilə qarşılaşıb.
Aparıcının "Rəqsi niyə atdın? Yaraşırdı, boyun, buxunun. O qədər başına pul tökmüşəm, yadındadır?" sözlərinə müğənni təəccüblü şəkildə "Yorulmursunuz o sualı verməkdən? Pul? Ay yalansa... Ola bilər, bir az (gülür)" cavabını verib.
Müğənninin cavabından qane olmayan Zaur canlı yayımda səs rejissorundan mikrofonların söndürülməsini tələb edib:
"Səsini alın bir söz deyəcəm, yadına salacam".
Aparıcıyla Sevdanın qısa çəkən müəmmalı dialoqundan sonra yenidən mikrofonların səsi artırılıb.
Qeyd edək ki, Sevdanın ikinci evliliyi Cəmil adlı bəylə olub. Cütlüyün iki azyaşlı övladı var./milli.az
Sorğu
Yeni dizaynımız necədir?