GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Evləri “redaksiya” olan cütlük – Ailə

Evləri “redaksiya” olan cütlük – Ailə

Tarix: 20-10-2017, 15:15 Bölmə :Maqazin Baxış: 387
Evləri “redaksiya” olan cütlük – Ailə


Emil Salamoğlu: “İkimiz də operativliyi sevirik, harasa gediriksə, ikimiz də eyni anda hazır oluruq” Nigar İxtiyarqızı: “Əgər o əsəbiləşib qışqırırsa, deməli, həddindən artıq nəsə böyük hadisə baş verib”

Onlar universitetdə eyni qrupda oxuyublar, eyni partada oturublar. Elə bir-birini tanıyandan dostluqları başlayıb. Tələbə yoldaşları 4 ildə şübhələnirmiş, aralarında pıçhapıçla danışırmışlar ki, onlar sevgilidirlər, ya yox... Hətta müəllimələrindən biri arada "o göy göz oğlan dərsdə sənə yaman baxır, heç gözünü çəkmir” deyə eyham da vururmuş. Amma iki il bu münasibət sadəcə dostluqdan ibarət olur, universitetin sonuncu illərində isə sevgiyə çevrilir.
Bu gün onlar ailəlidirlər. Hətta deyirlər ki, onlar sevgili olub evlənməsəydilər belə, uzun illərə dayanan dostluqları qalacaqdı. Beləliklə, müsahiblərimiz AzEuroNews.com saytının Azərbaycan bürosunun əməkdaşı Emil Salamoğlu və Axar.az xəbər portalının yazarı Nigar İxtiyarqızıdır (Bayan Nigar).

"Nigar bütün fanatlarımı "qətlə” yetirə-yetirə gedirdi”

Onların evinə üz tuturuq... Düz 19-cu mərtəbəyə qalxırıq. Yaxşı ki, məşhur teletamaşada deyildiyi kimi, lift gecə-gündüz işləyir.

Söhbətə onların tanış olmağına səbəb olan tələbəlik illərindən başlayırıq. Nigar deyir ki, 3-cü kursa qədər dost olsalar da, Emilin ondan hələ lap əvvəldən xoşu gəlirmiş: "İkimiz də 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmuşduq. Tanışlığımız da orda yaranıb. Lap sonralar deyirdi ki, hələ birinci kursdan səndən xoşum gəlirdi. Amma münasibətimiz 3-cü kursdan sonra başlayıb. Qrupda oğlanlar arasında yaxşı yazanlardan biri idi, qızlar arasında da mən... Həmişə aramızda bir rəqabət də olardı. Qrupumuzun uşaqları adətən jurnal siyahısına əsasən yan-yana otururdular. Emillə siyahıda adım yanaşı olmasa da, qaydanı pozub sonradan yanbayan oturduq”.

"Bəs əvvəldən xoşu gəlibsə, etiraf etməsi niyə 3 il vaxt aparıb?” sualıma cavab olaraq Emil deyir ki, buna gözləmək demək olmaz: "Bilirsiniz, bu o dövr idi ki, universitetdə məşhur idim, "Modern” adında qəzet də çıxarırdıq, yazılarıma görə fanatlarım da çoxalmışdı (gülür). Nigar da bütün fanatlarımı "qətlə” yetirə-yetirə gedirdi. Buna 3 il gözləmək deməzdim, sadəcə, proses özü gedirdi. Yaxşı dost idik və yavaş-yavaş hər şey öz yoluna düşdü”.

"Qızlar gələndə, məndə qısqanclıq yaranırdı”

Nigar isə deyir ki, dost olsalar da, Emili digər qızlara qısqanırmış: "Qəzet çap olunan vaxt universitetdə bütün tələbələrə çağırış etmişdik ki, kimin yazı qabiliyyəti varsa, bizim qəzetə yazı verə bilər. Hamı da gəlib Emili axtarırdı. Qızlar gələndə, istər-istəməz, məndə qısqanclıq yaranırdı. O özü də qısqandırmaq üçün qəsdən qız gələndə qarşılamağa məni göndərirdi. O vaxt bir Nigar varıydı, Emilin ondan xoşu gəlirdi. Mən də ona "qara Nigar” deyirdim. Deməli, bir dəfə təhsil haqqımı evdən göndərməmişdilər deyə, ödəyə bilməmişdim. Dekan gəlib sinifdə dedi ki, ödəyə bilməyənlər sabahdan dərsə gəlməsin, mən də pis oldum ki, qayıb düşəcək. Emil dedi ki, öz təhsil haqqımı gətirmişəm, sənin yerinə ödəyərəm. Onda dost idik, dedim elə şey olmaz. Bu da telefonunu stolun üstünə qoyub getdi kassaya ödəməyə. Bu vaxt telefonuna həmin "qara Nigar”dan mesaj gəldi. Mən də Emilin adından onunla yazışmağa başladım. Bu zaman təsadüfən onlar koridorda rastlaşırlar, qız deyir ki, bəs sən mənimlə yazışmırsan?.. İşin üstü açılır və ondan sonra araları dəyir”.

Evləri “redaksiya” olan cütlük – Ailə

"Benimle evlenirmisin?

...Və beləcə davam edən dostluq münasibəti zamanla sevgiyə çevrilir və bir müddət sonra evlənmək qərarına gəlirlər.

"İkinci kursda, dekabrda tətilə gedəndə, axırıncı dərsdən çıxıb ayrı-ayrı avtobuslara mindik. Mən həmişə pəncərə tərəfdə otururdum. Bu dəfə o ayrı, mən ayrı avtobusda pəncərə tərəfdə oturmuşduq. Gördüm ki, avtobusdan mənə baxır, əlində də kağız var, üstündə də "benimle evlenirmisin?” yazılıb. Mən də mesaj yazdım ki, qayıdım, danışarıq. Bu, zarafatyana bir şey olsa da, artıq Emil anons etmişdi” - deyə Nigar evlilik təklifini belə xatırlayır.

Emil deyir ki, xasiyyətləri oxşadığı üçün Nigar onun diqqətini çəkib: "Həm də yazı-pozu işlərimə onun tərəfindən diqqət çox olurdu. Bunun da rolu varıydı. Onun yazı-pozu işimə dəstəyi məni cəlb edirdi”. Nigar danışır ki, Emil ona tez-tez özəl yazılar ithaf edirmiş.

2012-ci ildə nişanlanan, 2013-cü ildə toyları olan cütlük jurnalist ailəsinin təməlini qoyur.

Evləri “redaksiya” olan cütlük – Ailə

"Klaviaturanın üstündə hər cür yemək qırıntısı tapmaq olar”

"Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Çox təmkinli adamdır. Əvvəl də bunu bilirdim, amma evlənəndən sonra daha yaxşı gördüm. Onu əsəbiləşdirmək, özündən çıxarmaq çətindir. Əgər əsəbiləşib qışqırırsa, deməli, həddindən artıq nəsə böyük hadisə baş verib. Amma çox deyingən olmağını da deməliyəm”, - Nigar evlilikdən sonra həmkarının bu cəhətlərini kəşf edib.

Emil özü də pis tərəflərini etiraf edir: "Evə girən kimi, corablarımı çıxarıb hara gəldi tullayıram, bir də kompüterlə işləyə-işləyə yemək yeyirəm, klaviaturanın üstündə hər cür yemək qırıntısı tapmaq olar. "Yeni Müsavat”da işləyəndə də kompüterimin üstü başqalarından "fərqlənirdi”. İndi də evdən yazıram, çox vaxt evdə tək oluram, ona görə yeməyi də kompüterin başında yeyirəm. Nigar isə çox səliqəlidir. Yəni mən dağıdan olsam da, səliqə-sahman tələb edirəm. Onunla istəklərimizə gəlincə, demək olar ki, eynidir. İkimiz də operativliyi sevirik, harasa gediriksə, ikimiz də eyni anda hazır oluruq, bir-birimizi çox gözləməyə ehtiyac qalmır”.

"Nigar əvvəllər çox qısqanc idi”

Söhbətin bu yerində Nigar çay süzməyə gedir və fürsətdən istifadə edən Emil onun qısqanclığından danışır: "Əvvəl çox qısqanc idi, hadisələrə çox emosional reaksiya verirdi. Amma indi bir qədər azalıb, daha da azalması üçün çalışıram. Bizim bir yerdə rahat yaşamağımızın səbəbi zövqlərimizin oxşar olmasıdır. Musiqi, geyim, film seçimində, insanlara baxış məsələsində eyni düşünürük. İkimizin də səyahət etməkdən xoşumuz gəlir. Hətta az maaşla işlədiyimiz dövrlər olub, bəzi xərcləri ixtisara salmışıq, amma əvəzində qarşımıza hədəf qoymuşuq ki, filan istirahət yerinə getməliyik”.

Yalnız ikisinə məxsus kitab...

Söhbət zamanı o da məlum olur ki, Emil onların şəxsi münasibətlərinin təsvir olunduğu bir kitab yazıb. Kitab çap da olunub, ancaq ikisindən başqa heç kimin oxumasına icazə vermirlər.

Emil jurnalist ailəsinin çətinliklərindən çox məsuliyyətinin olduğunu düşünür: "Sadəcə, jurnalist ailəsi istər-istəməz, diqqət mərkəzində olur, qohum-əqrəba nümunəvilik gözləyir, ev də ki gecə-gündüz redaksiyaya çevrilir. Bir də görürsən ki, evdə qızğın siyasi müzakirələr gedir, hərəmiz bir tərəfi tuturuq, yaxud mövzu təkliflərimiz olur. Yadıma düşəndə deyirəm ki, Nigar, bax, bu mövzunu işləyə bilərsən. Yəni, bizim ev bir gün redaksiya, ertəsi gün reportaj məkanı, səhər BMT-nin iclası, axşam Davos forumu olur. Yaxşı ki, Ukrayna Radası olmur (gülür). Ən əsası odur ki, iki jurnalistin başı bir qazanda qaynayır. Bunun da səbəbi tələbəlikdən təməli qoyulan münasibətlərin nəticəsidir.

Amma belə baxanda, hələ də subayam. Şəxsiyyət vəsiqəmdə də "subay” yazılıb, dəyişdirmirəm də. Düzdür, ailə quranda azadlıqlar yarıbayarı azalır. Sən də o azadlıqların buxovlanmağı ilə barışırsan. Amma harasa tək səfərə getməliyəmsə, bizdə o problemlər olmur”.

"...üç dəfə demişəm ki, yemək gətir, hələ soruşursan?”

Nigarın sözlərinə görə, Emil ən xırda bir məsələ üstündə mübahisə yarada bilər: "Bəzən Emil ən adi bir şeyə elə reaksiya verir ki... Məsələn, deyirəm ki, yemək yeyirsən? Deyir ki, fikirləşim deyərəm. Bir az keçir, yenə soruşuram. Deyir ki, qoy görüm hələ. Bir az keçəndən sonra bir də sual verirəm, deyir ki, bayaqdan üç dəfə demişəm ki, yemək gətir, hələ soruşursan? Çünki mən hər dəfə soruşanda onun diqqəti yazıda olur, adama fikir vermir”.

Emil deyir ki, indi bütün hadisələr iki jurnalistin qızı - Emiliyanın ətrafında cərəyan edir: "İndi əsas məsələ Emiliyadır. Suyumuz da odur, odumuz da...”

"Köynəyi cırıq da gəzə bilər, amma səfər planını təxirə salmaz”

Emil Nigarın "əlinin duzu” olmasından danışmağa başlayanda, həyat yoldaşının "məndən heç olmasa yaxşı nəsə danış” replikasını eşidib cavabın trayektoriyasını dəyişir: "Özünüz də görürsünüz ki, bu suala təzyiq altında cavab verirəm (gülür). Amma yeməkləri, zarafatsız, çox yaxşıdır. Mənsə heç qayğanaq da bişirə bilmirəm”.

Pul məsələsinə gələndə, Nigar Emilin daha xəsis olduğunu fikirləşir: "Onun pul xərclədiyi iki şey var: yemək və səyahət. Ayaqqabısı, köynəyi cırıq da gəzə bilər, amma səfər planını təxirə salmaz”.

Emil etiraf edir ki, öz geyiminə pul xərcləməyi sevmir: "Keçən dəfə anam gəlib şalvarlarımı qayçılayıb atdı ki, təzəsini alım. Burdan Tiflisə 3 gün gedib gəzməyimizə pul tapıram, amma özümə ayaqqabı almağa yox”.

Ailənin balaca "media kapitanı”

"İki jurnalistin böyütdüyü övlad necə olmalıdır” sualıma onların birgə cavabı belədir: "Uşağın tərbiyəsi ilə hər ikimiz məşğuluq. Uşağı elə böyütmək lazımdır ki, özünə qapanmasın. Uşaq nə soruşursa, hökmən cavab veririk. Emiliya həmişə özünü bu evdə ən vacib adam hesab edir. Üstəgəl, elə bir mühitdə böyüyür ki, ətrafında uşaqlar çoxdur, deyib-gülən, mehriban bir kollektiv var. Ona görə hansısa toya gedəndə, şadlıq evinə tamada kimi girib əl-qol açıb oynamağa başlayır...”

"İstərdinizmi, Emiliya da peşənizi davam etdirsin” sualına Nigar cavab verir ki, qızını həkim görür: "Amma seçim onun özünün olacaq. İndiki vaxtda mətbuatda olmaq böyük perspektiv vəd eləmir”.

Emil isə deyir ki, işıqlı yazı adamı olmaq istedad tələb edir: "Emiliya istedadlı olacaqsa, yolunu kəsə bilmərik. Onsuz da indidən qələm, vərəq götürüb cızma-qara edir. Deyəsən, yeni media kapitanı gəlir...”/kaspi.az

Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
Evləri “redaksiya” olan cütlük – Ailə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nigar Yaqubluya HÖKM oxundu

    Nigar Yaqubluya HÖKM oxundu ...

    19-12-2012, 18:06

  • 
  • Bilan və Nigar səhnəni belə coşdurdu - FOTOLAR

    Bilan və Nigar səhnəni belə coşdurdu - FOTOLAR ...

    26-09-2014, 09:30

  • 
  • Nigar Camal və 2 rəfiqəsi belə qəzaya düşdü - VİDEO

    Nigar Camal və 2 rəfiqəsi belə qəzaya düşdü - ...

    15-07-2015, 12:09

  • 
  • İzzət Bağırovdan Nigar Yaqubluya dəstək

    İzzət Bağırovdan Nigar Yaqubluya dəstək ...

    30-11-2012, 22:23

  • 
  • Nigar Camalın qəzaya düşdüyü an – Video yayıldı

    Nigar Camalın qəzaya düşdüyü an – Video yayıldı ...

    21-06-2017, 19:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu